Məhkəmə qərarları › İş №3(055)-710/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-710/2023

19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-710/2023 19.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 26 iyun 2023-cü il tarixli, İXP ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 21 mart 2023cü il tarixdə saat 22 radələrində Saatlı şəhəri, A.Abuzərov küçəsindən keçən avtomobil yolu ilə Saatlı rayonu, Qara Nuru kəndi istiqamətində idarə etdiyi “VAZ-21074” markalı,49BH102 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əks istiqamətli yola çıxmadan manevr etmə qaydalarını pozaraq idarəetməni itirmiş, avtomobil yoldan çıxaraq qabaq sağ hissəsi yolun kənarında dayanmış vəziyyətdə olan “Mersedes-1843” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı yük avotomobilinin qabaq sağ hissəsi ilə toqquşmuş, zərbənin təsirindən “VAZ-21074” markalı,** BH *** dövlət qeydiyyat nişanlı avtomobildəki sərnişin X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xasarətlər almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 21 mart 2023-cü il tarixdə saat 22 radələrində Saatlı şəhəri, A.Abuzərov küçəsindən keçən avtomobil yolu ilə Saatlı rayonu, Qara Nuru kəndi istiqamətində idarə etdiyi “VAZ-21074” markalı,49BH102 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əks istiqamətli yola çıxmadan manevr etmə qaydalarını pozaraq idarəetməni itirmiş, avtomobil yoldan çıxaraq qabaq sağ hissəsi yolun kənarında dayanmış vəziyyətdə olan “Mersedes-1843” markalı, ** DE *** dövlət qeydiyyat nişanlı yük avotomobilinin qabaq sağ hissəsi ilə toqquşmuş, zərbənin təsirindən “VAZ- 21074” markalı,** BH *** dövlət qeydiyyat nişanlı avtomobildəki sərnişin X1 qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xasarətlər almışdır.Məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması, eləcə də şikayətə dair mülahizə və vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Saatlı RPŞ-nin Təhqiqat bölməsinin “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 aprel 2023-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası CM-nin 327.8-ci maddəsi inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Saatlı rayon Polis Şöbəsinə verilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda; şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs barəsində İXM-nin 327.8ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat Saatlı RPŞ-nin Təhqiqat bölməsinin “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 05 aprel 2023-cü il tarixli qərarına əsasən başlanmış və göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb etmə müddəti artıq keçmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs barəsində oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlbetmə müddəti başa çatdığından xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar