Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-716/2023 06.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Protokol tərtib etmiş şəxs X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonunun Cəfərxan kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 25 iyun 2023-cü il tarixdə təxminən saat 14-15 radələrində Saatlı rayonunun Cəfərxan kəndində X3 ünvanına nalayiq söyüşlər söymüşdür. Buna görə də Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında 05 iyul 2023-cü il tarixli MN ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X5 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 25 iyun 2023-cü il tarixdə saat təxminən 14-15 radələrində Saatlı rayonunun Cəfərxan kəndində uca səslə X3 ünvanına ucadan nalayiq söyüşlər söymüşdür. Bununla əlaqədar X1 Rayon Polis Şöbəsinə müraciət etmişdir. Bundan sonra tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, özünü təqsirli bilir. 25 iyun 2023-cü il tarixdə Saatlı rayonunun Cəfərxan kəndi ərazisində yerləşən özünə və ailə üzvlərinə məxsus pay torpaq sahəsinə avtomobillə getmək üçün X6 yaxınlaşaraq ondan yol istəmişdir. Mirzə Əkbərov avtomobil yolunun açılması barədə səlahiyyətli şəxs olmadığını ona bildirmişdir. O, ərazidən uzaqlaşmış, lakin bir müddət sonra yenidən X3 yanına gələrək ona ucadan nalayiq söyüşlər söyərək təhqir etmişdir. Lakin tutduğu əməldən peşiman deyil. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs X9 göstərdi ki, Saatlı şəhəri, ünvan 3 ünvanda yaşayır, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində laboratoriya müdiri vəzifəsində işləyir. 25 iyun 2023-cü il tarixdə Şəxs Saatlı rayonunun Cəfərxan kəndinin girişində ona yaxınlaşaraq özü və ailə üzvlərinə məxsus pay torpaq sahəsinə gedən avtomobil yolunun olmadığını və həmin torpaq sahəsinə avtomobil yolu açılmasını ondan tələb etmişdir. O, Şəxs bu barədə səlahiyyətli şəxs olmadığını bildirmiş və Şəxs oradan uzaqlaşmışdır. Təxminən 10 dəqiqə sonra Şəxs yenidən onun yanına gələrək onu nalayiq söyüşlərlə söyüb təhqir etmişdir.Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmə iclasında şahid X7 izahatında bildirdi ki, Saatlı rayonunun Cəfərxan kəndində yaşamaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində aqronom vəzifəsində işləyir. 25 iyun 2023-cü il tarixdə Mirzə Əkbərovla yaşadığı kəndin girişində dayandığı zaman Şəxs onlara yaxınlaşaraq Mirzə Əkbərovu nalayiq söyüşlər söyərək təhqir etmişdir. Materiala əlavə edilmiş 05 iyul 2023-cü il tarixli, AZA 018279 saylı inzibati qaydada tutma protokolundan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 05 iyul 2023-cü il tarixdə saat 17:15-də inzibati qaydada tutulmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510-cu maddəsi ilə tövsif olunmuşdur. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 5 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 05 iyul 2023-cü il tarixdən saat 17:15 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-716/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-716/2023
06.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver