Məhkəmə qərarları › İş №3(055)-745/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-745/2025

05.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-745/2025 05.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Saatlı Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru Mirzəyev Qorxmaz Tahir oğlunun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs, X1 iştirakı ilə xx xxxxx 1968-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Orta Muğan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 05 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 12 avqust 2025-ci il tarixdə saat 17:30 radələrində yaşadığı Saatlı rayonu, Orta Muğan kəndində şəxsi münasibətlər zəmnində qonşusu Zərərçəkmiş şəxs qəsdən döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 12 avqust 2025-ci il tarixdə saat 17:30 radələrində özünə məxsus olan idarə etdiyi VAZ-2107 markalı avtomobili ilə yaşadığı Saatlı rayonu, Orta Muğan kəndinin mərkəzindən keçən yolla təxminən 40 km saat sürətlə idarə etmişdir. Həmin vaxt həmkəndlisi X5 özünə məxsus olan «Mercedens Benz» markalı avtomobillə yüksək sürətlə onun yanından keçərək ötmə əməliyyatı aparmış və toz-torpaq olmuşdur. Əzəl Tursunovun avtomobilini saxlatdırmış və sürücü Əzəl Tursunova, «qanacağın və mərifətin olsun, bu cür avtomobil idarə edərlər?» demişdir. Əzəl Tursunov ona nalayiq cavab vermişdir. O, onun sözündən sonra öz avtomobildən düşüb, Əzəl Tursunovun avtomobilinin qabaq sol qapısına yaxınlaşmış və onu yumruqla vurmuşdur. O öz avtomobilinə tərəf gələrkən Əzəlin avtomobilinin qabaq sağ oturacağında əyləşmiş qardaşı Zərərçəkmiş şəxs Binalı oğlu avtomobildən düşüb ona tərəf gələrək onun ünvanına nalayiq söyüşlər söydüyü üçün o geri qayıtmış və onun sifət nahiyəsinə yumruqla vuraraq xəsərət yetirmişdir. Bundan sonra o öz avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Əməlindən peşimandır. Ona görə də, göstərdiklərinin nəzərə alınaraq ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Binalı oğlu göstərdi ki, Şəxs tanıyır, onunla həmkəndlidir, onunla hər hansı bir ədavəti və düşümənçiliyi olmamışdır. 12 avqust 2025-ci il tarixdə təxminən saat 17:30 radələrində o, qardaşı X4 məxsus olan «Mercedens Benz» markalı avtomobillə yaşadığı kəndin mərkəzinə gedən yolla atasının evinə doğru hərəkət etmişlər. Həmin vaxt Şəxs idarə etdiyi ağ rəngli VAZ- 2107 markalı avtomobillə qardaşı Əzəl Tursunovun idarə etdiyi avtomobili keçərək qarşıda avtomobilini saxlamış və avtomobildən düşərək qardaşı Əzəl Tursunov tərəfdən avtomobilə yaxınlaşıb çığır-bağır salaraq söyüş söymüş və pəncərədən qardaşını vurmuşdur. Həmin vaxtı avtomobildən düşüb Şəxs yaxınlaşmışdır. Şəxs onun üzərinə gələrək yumruqla onun sifət nahiyəsinə vuraraq ona xəsarət yetirmiş və o yerə yıxılmışdır. Bundan sonra Şəxs öz avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. O, əl-üzünü yumuş və Saatlı RPŞ-nə gələrək Şəxs onu döyməsi baradə Saatlı RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hadisə zamanı yanlarında kənar şəxş olmamış və kənardan kimsə onların yanına gəlməmişdir. Şəxs onun sifət nahiyəsinə yumraqla vuraraq xəsarət yetirərkən o, onu vurmamış və ona xəsarət yetmirməmişdir. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid X6 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Binalı oğlunun izahatına uyğun izahat verdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş 26 avqust 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs 12 avqust 2025-ci il tarixdə saat 17:30 radələrində yaşadığı Saatlı rayonu, Orta Muğan kəndində şəxsi münasibətlər zəmnində qonşusu Zərərçəkmiş şəxs Binalı oğlunu qəsdən döyərək sonuncuya dərəcəsi təyin edilməyən və sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı Rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Polis Şöbəsinin 05 sentyabr 2025-ci il tarixli, 102/2-17070 saylı arayışından görünür ki, Saatlı rayonu, Orta Muğan kəndində qeydiyyatda olan Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi, şahidi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 12 avqust 2025-ci il tarixdə saat 17:30 radələrində yaşadığı Saatlı rayonu, Orta Muğan kəndində şəxsi münasibətlər zəmnində qonşusu Zərərçəkmiş şəxs Binalı oğlunun qəsdən döyərək sonuncuya dərəcəsi təyin edilməyən və sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin və şahidin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni iki ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 05 sentyabr 2025-ci il tarixdən saat 12:35 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar