Məhkəmə qərarları › İş №3(055)-746/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-746/2025

10.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-746/2025 10.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olan Şəxs qərarın icrasına xitam verilməsi barədə ərizəsinə Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Saatlı Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(055)-410/2025 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etmədiyindən Saatlı Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli 3(055)-746/2025 saylı qərarı ilə 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilmişdir. Şəxs ərizə ilə məhkəməyə müraciət edərək Saatlı Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(055)-410/2025 saylı icra sənədi üzrə borcu ödədiyindən Saatlı Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 3(055)-746/2025 saylı qərarının icrasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Saatlı Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(055)-410/2025 saylı icra sənədi üzrə tələb olunan borcu tələbkar Zərərçəkmiş şəxs tam olaraq ödəmişdir. Bununla bağlı Saatlı Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(055)-410/2025 saylı icra sənədi üzrə icraata xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli qərarını məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş şəxs Şəxs bildirdi ki, Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(055)-410/2025 saylı icra vərəqəsinə əsasən borcunu tam şəkildə ödəmişdir. Ona görə də Saatlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(055)-746/2025 saylı qərarına xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş borclu Şəxs tərəfindən təqdim olunmuş ərizədən, tələbkarın borcun tam ödənilməsi ilə bağlı ərizəsindən və Saatlı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi barədə qərarından görünür ki, borclu Şəxs 2930 manat borcunu tam şəkildə tələbkar Zərərçəkmiş şəxs ödəmişdir və icra sənədi üzrə icra işinə xitam verilmişdir. Məhkəmə icra məmurunu, inzibati qaydada həbs edilmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Saatlı Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 3(055)- 746/2025 saylı qərarının icrasına xitam verilməli, Şəxs həbsdən azad edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddələrinin qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 145.1 və 145.1.4-cü maddəsinə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin qeydinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Yuxarıda göstərilən normaların müqayisəli təhlilindən görünür ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş şəxs icra sənədini icra etdikdə inzibati xəta haqqında iş üzrə məhkəmə qərarının icrasına xitam verilə bilər. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, borclu Şəxs Saatlı Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 2(055)-410/2025 saylı icra sənədi üzrə olan borcunu tam olaraq ödədiyindən Saatlı Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 3(055)-746/2025 saylı qərarının icrasına xitam verilməli, Şəxs həbsdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10, 145.1.4, 528-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizə təmin edilsin. Saatlı Rayon Məhkəməsinin 08 sentyabr 2025-ci il tarixli, 3(055)-746/2025 saylı qərarının icrasına xitam verilsin, Şəxs həbsdən azad edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar