Məhkəmə qərarları › İş №3(055)-751/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-751/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-751/2023 24.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxxxxx 1959-cu ildə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 11 iyul 2023-cü-cü il tarixli İXP № ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, sürücü Şəxs 08 iyun 2023-cü il tarixdə saat 12:40 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində idarə etdiyi “Mercedes E 200” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə manevr etmə qaydalarını pozmaqla ehtiyat hissədən yola çıxıb bazar istiqamətində hərəkət edən zaman avtomobilinin sol qabaq hissəsini öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Hyundaı Elantra” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşduraraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Hyundaı Elantra” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi əyləşən Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, “Mercedes E 200” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobil onun adınadır və nəqliyyat vasitəsini idarə etmə hüququ vardır. 08 iyun 2023-cü il tarixdə saat 12:40 radələrində onun idarə etdiyi “Mercedes E 200” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Saatlı şəhəri, H.Əliyev prospektində manevr etmək istəyərkən yolda heç kimin olmadığını görmüş və yola çıxmışdır. Bu zaman “Hyundaı Elantra” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobil müəyyən edilmiş sürət həddini aşaraq sürətlə gəldiyindən avtomobilinin sol qabaq hissəsini “Hyundaı Elantra” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşdurmuş və hadisə nəticəsində sonuncu avtomobildə sərnişin kimi əyləşən Zərərçəkmiş şəxs1 yüngül dərəcəli xəsarət almışdır. Həmin avtomobil sürətlə gəlməsəydi hadisə baş verməzdi. Ona görə də göstərdiklərinin nəzərə alınaraq ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 izahatında göstərdi ki, sürücü Şəxs 08 iyun 2023-cü il tarixdə saat 12:40 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində idarə etdiyi “Mercedes E 200” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə manevr etmə qaydalarını pozmaqla ehtiyat hissədən yola çıxıb bazar istiqamətində hərəkət edən zaman avtomobilinin sol qabaq hissəsini onun idarə etdiyi “Hyundaı Elantra” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşduraraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi “Hyundaı Elantra” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi əyləşən Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Ona dəyən ziyan bu vaxta qədər ödənilməmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, sürücü Şəxs 08 iyun 2023-cü il tarixdə saat 12:40 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində idarə etdiyi “Mercedes E 200” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə manevr etmə qaydalarını pozmaqla ehtiyat hissədən yola çıxıb bazar istiqamətində hərəkət edən zaman avtomobilinin sol qabaq hissəsini öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Hyundaı Elantra” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşduraraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı o sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Hyundaı Elantra” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi əyləşdiyindən hadisə nəticəsində dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Hazırki vaxtadək Şəxs onun sağlamlığına dəyən ziyanı ödəməmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materialında olan 27 iyun 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işi başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin DYPB-nə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 27 iyun 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA ETT Birliyinin Sabirabad rayon şöbəsinin 19 iyun 2023-cü il tarixli 160 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 müayinə zamanı aşkar olunmuş xəsarətlərsağ yanağın selikli qişasında yara, qansızma, sağ gicgah-alın nahiyəsində, sağ yanaq proyeksiyasında, sağ çiyin qurşağı proyeksiyasında qançırlar küt əşyanın-əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 08 iyun 2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sürücü Şəxs 08 iyun 2023-cü il tarixdə saat 12:40 radələrində Saatlı şəhəri, H.Əliyev prospektində idarə etdiyi “Mercedes E 200” markalı ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə manevr etmə qaydalarını pozmaqla ehtiyat hissədən yola çıxıb bazar istiqamətində hərəkət edən zaman avtomobilinin sol qabaq hissəsini öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Hyundaı Elantra” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşduraraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı sürücü Zərərçəkmiş şəxs2 idarə etdiyi “Hyundaı Elantra” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi əyləşən Zərərçəkmiş şəxs1 dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri zərər çəkmiş şəxslərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar