Məhkəmə qərarları › İş №3(055)-753/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-753/2023

14.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-753/2023 14.07.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Protokol tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Saatlı rayon Əliabad kəndində qeydiyyatda olmaqla həmin kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 14 iyul 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 26 aprel 2023-cü il tarixdə Saatlı rayonunun Məmmədabad kəndində qohumu Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X3 göstərdi ki, o, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 26 aprel 2023-cü il tarixdə Saatlı rayonunun Məmmədabad kəndində yaşayan qohumu Zərərçəkmiş şəxs yaşadığı evdə döymüşdür. Bu səbəbdən də tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs arvadı Əminə Əmirovanın nənəsidir. Bir müddət əvvəl Bakı şəhərindən qayıtdıqdan sonra arvadı və azyaşlı uşağı arvadı Əminənin nənəsi Aminənin Saatlı rayonunun Məmmədabad kəndində yerləşən evində qalmışdır. xx.xx.2023-cü il tarixdə arvadını və azyaşlı uşağını evə gətirmək üçün getsə də, Aminə buna imkan verməyərək onunla mübahisə edərək vurmuş, o da Aminəni əli ilə itələyərək ondan uzaq olmasını bildirmiş, lakin vurmamışdır. Ona görə də, bu halın nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs onun nəvəsi Əminənin əridir. Hadisədən bir neçə gün əvvəl Əli ilə nəvəsi Əminə arasında mübahisə olduğundan nəvəsi Əminə evi tərk edərək ona məxsus Saatlı rayonunun Məmmədabad kəndində yerləşən evə gəlmişdir. xx.xx.2023-cü il tarixdə Əli babası və nənəsi ilə onlara gələrək arvadı Əminəni və azyaşlı uşağını aparmaq istəmiş, Əminə getmək istəmədiyini bildirdiyi üçün o, məsələyə müdaxilə etmiş, bu zaman Əli onu döymüşdür. Hazırda Şəxs ilə barışmamış və ondan şikayətçidir. Şahid1 izahatında bildirdi ki, Əli onun qardaşı Kamalın kürəkənidir. 26 aprel 2023cü il tarixdə Saatlı rayonunun Məmmədabad kəndində evdə olduğu zaman anası Aminənin həyətdə qışqırıq səsinin gəldiyini eşidərək çölə çıxmış, bu zaman Əlinin anası ilə mübahisə etdiyini və anasını döydüyünü görmüşdür. Şahid2 da digər Şahid1 izahatına uyğun izahat verdi. İş materiallarına əlavə olunmuş 06 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı Rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 29 aprel 2023-cü il tarixli 110 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər ənsə nahiyyəsində, sağ bazunun orta 1/3-də iç səthdə, sol saidin yuxarı 1/3-də iç səthdə, sol kürəkaltı nahiyədə, sağ baldırın yuxarı 1/3-də bayır səthdə qançırlar küt əşyanın təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 26 aprel 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 14 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi proses iştirakçılarının izahatı və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar