Məhkəmə qərarları › İş №3(055)-769/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-769/2025

18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-769/2025 18.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1986-cı il tarixdə Saatlı rayonu Sarıcalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Saatlı rayonu Sarıcalar kəndində yol idarəsində fəhlə işləyən, Saatlı rayonu Qara Nuru kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 18 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 26 iyun 2025-ci il tarixdə saat 20 radələrində Saatlı rayonunun Qara Nuru kəndində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir. 26 iyun 2025-ci il tarixdə saat 20 radələrində yaşadığı Saatlı rayonunun Qara Nuru kəndində həmkəndlisi Zərərçəkmiş şəxs fərdi yaşayış evinin küçəsində sonuncu ilə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı başı ilə vuraraq Zərərçəkmiş şəxs xəsarətlər yetirmişdir. Daha sonra mübahisə zamanı özünümüdafiə məqsədilə cibindən çıxartdığı bıçaq Zərərçəkmiş şəxslə dalaşarkən onun sol qoluna dəyərək cızıqlar əmələ gəlməsi ilə nəticələnən xəsarət yetirmişdir. Lakin, sonra zərərçəkmiş şəxsdən üzr istəmiş və onunla barışmışdır. Hal-hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək göstərdi ki, 26 iyun 2025-ci il tarixdə Saatlı rayonunun Qara Nuru kəndində həmkəndlisi Şəxs aralarında yaranmış mübahisə zamanı cibindən çıxartdığı bıçaqla onun sol qoluna cızıqlar əmələ gəlməsi ilə nəticələnən xəsarət yetirmişdir. Hazırda Şəxs ondan üzr istədiyindən barışmışlar və Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə zərərçəkmiş şəxsin izahatını dinləyib, eləcə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.9-cu maddəsinə əsaslanaraq belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərərçəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar