Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-77/2025 21.01.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7 Qərardan şikayət vermiş şəxs X14, Qərar qəbul etmiş orqanın nümayəndəsi X5 iştirakı ilə, X9 Azərbaycan Respublikası Qida X3-X11 rəis müavini X8 xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, müəyyən etdi: X14 Azərbaycan Respublikası Qida X3-X11 rəis müavini X13 tərəfindən qəbul edilmiş. xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsivə iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında market işlədir. Onun işlətdiyi marketdə məhdud miqdarda yararlılıq müddəti ötmüş məhsullar aşkar edilmişdir. Lakin, yararlılıq müddəti ötmüş məhsulu heç kimə satmamışdır. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X14 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, ünvan 1 ünvanında yerləşən işlətdiyi marketdə yararlılıq müddəti keçmiş məhsul olsa da, həmin məhsulları heç kəsə satmamışdır. Hesab edir ki, barəsində qəbul edilmiş qərar əsassızdır. Şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi X10 izahat verərək bildirdi ki, şikayət tamamilə əsassızdır. 18 dekabr 2024cü il tarixdə ünvan 1 ünvanında yerləşən X14 tərəfindən işlədilən marketə Azərbaycan Respublikası Qida X3-X11 əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı marketdə müxtəlif adda saxlama müddəti ötmüş məhsullar aşkar olunmuşdur. Yoxlama zamanı X14 da saxlama müddəti ötmüş məhsulların olduğunu etiraf etmişdir. Daha sonra inzibati xətaya dair prosessual hərəkətlər zamanı X14 Azərbaycan Respublikası Qida X3-X12 dəvət olunmuş, lakin sonuncu iştirak etməmişdir. Barəsində qəbul edilmiş qərar poçt vasitəsilə X14 təqdim edilmişdir. Göstərilənlərə əsasən, şikayətin təmin edilməməsi və qərarın qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə şikayətçinin və orqanın nümayəndəsinin izahatını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən X14 tərəfindən işlədilən marketə keçirilən baxış zamanı 6 ǝded 60 qrlıq “Xpyctcam” əmtəə nişanlı suxari (xx.xx.2024-xx.xx.2024), 1 ədəd 60 qr-lıq “Xpyctcam” əmtəə nişanlı suxari (xx.xx.2024-xx.xx.2024), 2 ədəd 60 qr-lıq “Xpyctcam” əmtəə nişanlı suxari (xx.xx.2024-xx.xx.2024), 1 ədəd 50 qr-lıq “Final” əmtəə nişanlı qaraçay (xx.xx.2021xx.xx.2024), 3 ədəd 180 qr-lıq “La Mondi” əmtəə nişanlı şokoladlı biskivit (xx.xx.2023xx.xx.2024), 1 ədəd 500 qr-lıq “Lay-lay” əmtəə nişanlı vafli (xx.xx.2023- xx.xx.2024), 1 ədəd 290 qr-lıq “La Mondi” əmtəə nişanlı şokoladlı biskivit (xx.xx.2023- xx.xx.2024), 1 ədəd 1 kq-lıq “Qusi Babusi” əmtəə nişanlı karamel (xx.xx.2023-xx.xx.2024), 1 ədəd 1 kqlıq “Pteçka” əmtəə nişanlı karamel (xx.xx.2024-xx.xx.2024), 1 ədəd 250 qr-lıq ədəd “Aromatlı Bal” (xx.xx.2023-xx.xx.2024), 1 ədəd 910 qr-lıq “lavahi” əmtəə nişanlı basmati düyüsü (xx.xx.2023-xx.xx.2024) məhsulları aşkar edilmişdir. Bu barədə protokol Azərbaycan Respublikası Qida X3-X11 məsləhətçisi X10 və X14 tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən marketdə işçinin tibbi müayinədən keçmədiyi, dizinfeksiya, dezinseksiya, deratizasiya işlərinin görülməməsi və yararlılıq müddəti ötmüş məhsulların satışı həyata keçirilməsi halları aşakar edilmişdir İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati təhbeh vermə haqqında qərardan görünür ki, ünvan 1 ünvanında yerləşən X14 tərəfindən işlədilən marketdə işçinin tibbi müayinədən keçmədiyi, dizinfeksiya, dezinseksiya, deratizasiya işlərinin görülməməsi və yararlılıq müddəti ötmüş məhsulların satışı həyata keçirilməsi halları aşakar edilmiş və nəticədə X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 447.0.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və İXN-nin 447.0.2-ci maddəsi ilə ona 1500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan fiziki şəxsin uçotu haqqında şəhadətnamədən görünür ki, X14 (VÖEN **********) vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 220.1-ci maddəsinə əsasən, xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə- fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 444.1-ci maddəsinə əsasən, malların saxlanılması və ya satışı zamanı mal qonşuluğu qaydasının pozulmasına, yaxud temperatur rejiminə əməl edilməməsinə görə -altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 447.0.2-ci maddəsinə əsasən saxlama müddəti ötmüş məhsulların satılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 6-cı maddəsinin 2-ci bəndində əsasən Yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş malların ticarət dövriyyəsindən çıxarılmamasına, onların satılmasına yol vermiş şəxslərin müvafiq qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması üzrə tədbirlər görülür. Həmin Qanunuun 21-ci maddəsinə əsasən Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar. «Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli, 94 nömrəli qərarının 2.1.34-cü bəndində əsasən qida məhsullarının yararlılıq müddəti - saxlanma şərtlərinə əməl edilməklə, qida məhsullarının qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilən təhlükəsizlik tələblərinə uyğunluğunun tam saxlanılması müddəti; Həmin Qərarın 4.6-cı bəndində əsasən Saxlanma (qida məhsullarının yararlılıq) müddəti göstərilməmiş, yararlılıq müddəti ötmüş, habelə markalanması, qablaşdırılması, etiketlənməsi, əmtəə görünüşü pozulmuş, keyfiyyətini və təhlükəsizliyini təsdiq edən sənədləri olmayan və texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən malların satışı qadağandır. Həmin Qərarın 4.7-ci bəndində əsasən, Malların anbarlarda saxlanılması, onların ticarət zallarında və xırda pərakəndə ticarət şəbəkələrində yerləşdirilməsi tələblərinə və satışı zamanı mal qonşuluğu prinsiplərinə, sanitariya və yanğından mühafizə qaydalarına ciddi riayət edilməlidir. Həmin Qərarın 4.8-ci bəndində əsasən yararlılıq müddəti ötmüş, qablaşdırılması və markalanması texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən mallar satışda olan mallarla bir yerdə saxlanılmamalıdır. Belə mallar mal sahibi (satıcı) tərəfindən satış dövriyyəsindən çıxarılaraq, ticarət zalında və ya anbar sahəsində xüsusi ayrılmış yerdə saxlanılmalıdır. Yararlılıq müddəti ötmüş mallar mal sahibi (satıcı) tərəfindən xüsusi vasitələrin köməyi ilə istifadə üçün tam yararsız vəziyyətə gətirilməlidir. Həmin Qərarın 5.68-ci bəndində əsasən malın yararlılıq müddəti onun hazırlandığı gündən hesablanan, istifadəyə yararlılığını göstərən vaxt dövrü ilə və ya onun yararlılığının bitdiyi tarixlə müəyyənləşdirilir. Həmin Qərarın 6.13.6-cı bəndinə əsasən yararlılıq müddəti ötmüş qida məhsullarının satışı qadağandır. «Qida Təhlükəsizliyi haqqında» Azərbaycan Respublikasının Qanunun 30.1-ci maddəsinə əsasən, Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət nəzarəti tədbirləri çərçivəsində qəbul etdiyi qərar və ya qida subyektlərinin öz təşəbbüsü əsasında həmin subyektlər tərəfindən istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmalı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu haqda dərhal məlumatlandırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmişdir Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarının 4.8-ci bəndinə əsasən yararlılıq müddəti ötmüş, qablaşdırılması və markalanması texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən mallar satışda olan mallarla bir yerdə saxlanılmamalıdır. Belə mallar mal sahibi (satıcı) tərəfindən satış dövriyyəsindən çıxarılaraq, ticarət zalında və ya anbar sahəsində xüsusi ayrılmış yerdə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə obyektiv həqiqət olaraq müəyyən olunmuşdur ki, hadisə törədilən anda X14 barəsində qəbul edilmiş qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Eyni zamanda qeyd edilməlidir ki, şikayətdə göstərilən əsasların müəyyən olunması, həqiqiliyinin aşkar edilməsi üçün məhkəməyə hər hansı mötəbər sübut qismində araşdırılması üçün heç bir dəlil ( şahid izahatı, hər hansı sənəd və s) irəli sürülməmişdir. İş üzrə dindirilmiş şahid ifadələri ilə də saxlama müddəti keçmiş məhsulların aşkar edilməsinin müəyyən edilməsi öz təsdiqini tapmışdır. Şikayətdə göstərilən və eləcə də şikayətə əlavə edilən sənədlər birbaşa inzibati xəta hadisəsinin törədilməsi faktını təsdiq edən sənədlərdir ki, həmin hallar şikayətin əsası kimi yox, əksinə şikayətin verilən qərarın həqiqiliyini sübuta yetirmiş olur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, qərara aldı: X1 Azərbaycan Respublikası Qida X3-X11 rəis müavini X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Qida X3-X11 rəis müavini X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Saatlı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-77/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-77/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver