Məhkəmə qərarları › İş №3(055)-770/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-770/2025

19.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-770/2025 19.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Saatlı rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X1, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1997-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Prokrorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 18 sentyabr 2025-ci il tarixli qərarda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 18 iyun 2025-ci il tarixdə gecə saat 2 radələrində Saatlı rayonu Qara Nuru kəndində Zərərçəkmiş şəxs təpiklə vuraraq xəsarət yetirmişdir. Məhkəmədə Saatlı Rayon Prokrorluğunun nümayəndəsi Saatlı rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X2 göstərdi ki, Şəxs 18 iyun 2025-ci il tarixdə gecə saat 2 radələrində Saatlı rayonu Qara Nuru kəndində Zərərçəkmiş şəxs təpiklə vuraraq xəsarət yetirmişdir. Şəxs Saatlı rayon prokurorluğunda aparılan cinayət işi üzrə şəxsin barəsində qərar qəbul edilərək İXM-in 157-ci maddəsi ilə inzibati iş başlanılmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, 18 iyun 2025-ci il tarixdə X5 yaşadığı evdə olmuşdur. Lakin o, X6 vurmamış, ona xəsarət yetirməmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərərçəkmiş şəxs X9 izahatında göstərmişdir ki, 18 iyun 2025-ci il tarixdə anam, atam və o, evdə yatmışlar. Gecə saat 2 də anasının telefonunun zəngli saatına oyanmışdır. Görmüşdür ki, telefonu anası söndürmür, o, yerindən qalxıb, anasının yatan zala daxil olmuş, telefonu söndürmüş, görmüşdür ki, zalın çıxış qapısı aralıdır və həyətdən qışqırıq ağlamaq səsi gəlir, öz otağına keçib otağın işığını söndürmüş, pəncərədən baxmış, orada kimsə olduğunu görmüş, lakin qaranlıq olduğundan üzlərini görməmiş, telefonun işığını yandırıb həyətə düşmüş, görmüşdür ki, Şəxs anasını hamam otağının qarşısında divara sıxıb qolunu burur. O, Sadiqin üzünü görmüş və tanımışdır., Sadiq onu görəndə qışqıraraq üstünə gəlmiş, buduna təpiklə möhkəm vurmuş və daha sonra qaçmış, özünü darvaza tərəfə divara udarla vurmuş, sonra darvazanı açıb küçəyə qaçmışdır. Hazırda Şəxs ilə barışmamışdır. Ona inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 20 iyun 2025-ci il tarixli 104 saylı rəyindən görünür ki, 2010-cu il təvəllüdlü X4 məhkəmə tibbi ekspertizasına əsasən və məlumatı nəzərə alıb aşağıdakı nəticəyə gəlirəm, a/ Müayinə zamanı aşkar edilmiş xəsarət-s budun aşağı 1/3-də bayır səthdə qançır küt oşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərrə vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarət müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İş materiallarına əlavə olunmuş 18 sentyabr 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın balanması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati iş başlanılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin izahatları, ekspert rəyləri, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar