Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-787/2025 25.09.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1994-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Saatlı rayonu Mustafabəyli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 25 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(055)-1330/2023 saylı icra sənədinin icrası ilə bağlı 1557 manat aliment borcunu ödəməkdən yayınaraq icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(055)-1330/2023 saylı icra sənədinə əsasən borclu Şəxs üç nəfər uşağının saxlanması üçün 24 oktyabr 2023-cü il tarixdən başlayaraq hər ay bir uşağa 30 manat, cəmi 90 manat sabit pul məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. 2024-cü ildə Şəxs aliment borcundan 244 manat və 243 manat, cəmi iki dəfə ödəniş etmiş, qalan ödənişləri etməkdən yayınmışdır. Edilmiş xəbərdarlıqlara baxmayaraq Zərərçəkmiş şəxs aliment borcunu ödəməmişdir. Həmçinin də borclu Şəxs icra məmurunun Bakı şəhərində naməlum ünvanda yaşadığından onun barəsində qəbul edilmiş axtarış elan edilməsinə dair qərarı icra olunması üçün Saatlı rayon Polis Şöbəsinə göndərmiş, bu gün borclu Saatlı Rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş və ondan izahat alınmış, lakin borclu Şəxs maddi vəziyyətini əsas gətirərək icra sənədləri üzrə ödənilməmiş qalan aliment borcunı tələbkarlara ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(055)-1330/2023 saylı icra sənədi üzrə üç nəfər uşağının saxlanması üçün 24 oktyabr 2023-cü il tarixdən başlayaraq hər ay bir uşağa 30 manat, cəmi 90 manat sabit pul məbləğində alimenti tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməlidir. Həmin aliment borcundan 2024-cü ildə 240 manat, 500 manat, 244 manat və 243 manat aliment borcundan Mehdi adlı əvvəlki icra məmuruna ödəmiş, lakin icra sənədlərində onun etmiş olduğu ödənişlərdən 244 və 243 manat aliment ödənişlərinin qəbzləri vardır. 2025-ci ildən isə böyrəklərində olan xəstəlik və maddi imkansızlıq səbəbindən aliment borcundan ödəniş etməmişdir. İcra məmurunun qanuni tələblərinə əməl edə bilməməsinin səbəbi maddi vəziyyətinin ağır olmasıdır, amma bundan sonra işləyib qalan aliment borcunu borcunu ödəyəcəkdir. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(055)-1330/2023 saylı icra sənədinə əsasən borclu Şəxs üç nəfər uşağının saxlanması üçün 24 oktyabr 2023-cü il tarixdən başlayaraq hər ay bir uşağa 30 manat, cəmi 90 manat sabit pul məbləğində alimenti onun xeyrinə ödəməlidir. Lakin, Şəxs 1557 manat aliment borcunu ödəməmiş, həmin borcun tam ödənilməsini icra məmurunun vasitəsi ilə Şəxs tələb etsə də, bu günə qədər ona heç bir ödəniş olmamışdır. Ona görə də, icra sənədinin icrasını tam icra olunmasını tələb edir, əks halda Şəxs şikayətçidir və onun qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli 2(055)-1330/2023 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimənin aşağı həddinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: xx xxxx 1994-cü il təvəllüdlü Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Şirvan Apellyasiya Məhkəməsinə” şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(055)-787/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-787/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver