Məhkəmə qərarları › İş №3(055)-79/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-79/2023

31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-79/2023 31.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru X3 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X1 daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 12 yanvar 2023-cü il tarixli MN № ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, hüquqi şəxs (VÖEN:**********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Saatlı rayonu “Hacıqasımlı -1” qum yatağında “Dağ-mədən ayırması” aktı ilə ayrılmış sahənin kənarında qanunsuz qum hasilatı aparmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X5 izahatında göstərdi ki, hal-hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktorudur. 12 yanvar 2023-cü il tarixdə X8 X2 əməkdaşları Samir Mustafayev və Elton Məmmədov tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Saatlı rayonu “Hacıqasımlı -1” qum yatağında müşahidə keçirilən zaman “Dağ-mədən ayırması” aktı ilə ayrılmış sahənin kənarında qanunsuz qum hasilatı aşkar etmişilər və bu barədə onun iştirakı ilə akt tərtib edilmişlər. Həmin vaxt agentliyin əməkdaşları ona izah etmişlər ki, aşkar edilmiş qanunsuz qum hasilatına görə barəsində qanunamüvafiq tərbir görüləcəkdir. Odur ki, etmiş olduğu qanun pozuntusuna görə səmimi olaraq peşmançılıq hissi keçirir. Ona görə də, göstərdiklərinin nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. İş materialında olan 12 yanvar 2023-cü il tarixli, 000087 aktdan və foto şəkillərdən görünür ki, hüquqi şəxs (VÖEN:**********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Saatlı rayonu “Hacıqasımlı -1” qum yatağında “Dağ-mədən ayırması” aktı ilə ayrılmış sahənin kənarında qanunsuz qum hasilatı aparılmışdır. İş materialına əlavə edilmiş İnternet Vergi İdarəsində vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsində vergi ödəyicisi kimi hüquqi şəxs olaraq qeydə alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsini dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə hesab edir ki, hüquqi şəxs (VÖEN:**********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Saatlı rayonu “Hacıqasımlı -1” qum yatağında “Dağ-mədən ayırması” aktı ilə ayrılmış sahənin kənarında qanunsuz qum hasilatı aparmaqla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən lisenziya və ya icazə olmadan və ya həmin sənəddə nəzərdə tutulmuş şərtləri pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru X3 əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə müvafiq olaraq inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmasını nəzərə alıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati tənbeh növündə cərimə cəzasının aşağı həddinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Hüquqi şəxs (VÖEN: **********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə təqsirli bilinib 5000 (beş min) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İxtiyar Abuşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar