Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-802/2025 03.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, Füzuli rayonu Merdinli kəndində qeydiyyatda olan və Saatlı rayonu Əlisoltanlı kəndi ərazisində yerləşən qaçqın və məcburi köçkün şəhərciyində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 03 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 22 avqust 2025-ci il tarixdə Saatlı rayonu Əlisoltanlı kəndi ərazisində yerləşən qaçqın və məcburi köçkün şəhərciyində Zərərçəkmiş şəxs qəsdən döymüşdür. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X3 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 22 avqust 2025-ci il tarixdə Saatlı rayonu Əlisoltanlı kəndi ərazisində yerləşən qaçqın və məcburi köçkün şəhərciyində Zərərçəkmiş şəxs qəsdən döymüşdür. Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində İXM-nin 157-ci maddəsi inzibati qaydada tədbir görülməsi üçün qərar Saatlı RPŞ-nin İTB-nə göndərilmişdir. Qərar əsasında onun tərəfindən Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Züleyxa və onun həyat yoldaşı Rüstəmov Nəriman yaşadıqları qəsəbədə sakinlərə onun arxasınca ləyaqətsiz sözlər danışmış, adına böhtan xarakterli ləkələr yaxmışdır. xx.xx.2025-ci il tarixdə saat təxminən 20 radələrində yaşadıqları qəsəbənin küçəsində Züleyxanı görüb ona yaxınlaşıb, “mənim arxamca niyə pis sözlər danışırsan” demişdir. Bu vaxt Züleyxa ona, əcəb etdiyini bildirmişdir. O, da əsəbləşərək bir dəfə ağız nahiyəsinə sillə ilə vurmuşdur. Bundan sonra bu vaxt Züleyxa qaçıb Məmmədova Leylanın həyətində gizlənmişdir. Mübahisə genişlənməməsi üçün Züleyxanın arxasınca getməmiş, yaşadığı evə qayıtmışdır. Bundan sonra DİN-in 102 xidmətinə müraciət edərək, Saatlı RPŞ-nə Züleyxanın arxasınca nalayiq sözlər danışması barədə müraciət etmişdir. O, qeyd etmişdir ki, həmin vaxt Züleyxanı kəmər ilə vurmamış, sillə ilə bir dəfə Züleyxanın ağız nahiyyəsinə vurmuşdur. Həmin vaxt eyni qəsəbədə yaşadqları X5 və qızı X4 orda olmuşlar. Sonda iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Saatlı rayonu Əlisoltanlı kəndində yerləşən FİN qəsəbəsində yaşayır. 22 avqust 2025-ci il tarixdə saat 19-20 radələrində piyada valideynlərinin evindən yaşadığı evə gəlmişdir. Həmin vaxt küçələrində qonşusu Leyla ilə söhbət edib, hal-əhval tutmuşdur. Bu zaman Şəxs küçədə ona yaxınlaşıb nalayiq söyüşlər söyüb onunla işinin olacağını bildirmişdir. O, Xanıma, nə səbəbə onu söyməsini soruşmuş, Xanım ona, guya o, onun arxasınca danışdığını demişdir. Xanımın deməsinə görə qəsəbədə yaşayan Lətifə adlı qadının yanında onun arxasınca danışmışdır. O, da Xanıma, “Lətifəni çağır gəlsin burada üzləşǝk” demişdir. Həmin vaxt Xanım şalvarının cibindən zəncirli çanta kəmərini çıxarıb onu bir dəfə vurmuşdur. Zərbə nəticəsində zəncir onun çənə nahiyəsinə dəymişdir. Sonra Xanımdan qaçmağa başlamışdır. Bu zaman yerə yıxılmış və sağ bilək nahiyəsindən xəsarət almışdır. Yerdən qalxaraq Leylanın həyətinə girmişdir. Xanım isə oradan uzaqlaşıb çıxıb getmişdir. Hadisə barədə isə Leylanın qızı Yasəmən DİN-in 102 xidmətinə məlumat vermişdir. Hadisə zamanı onların yanında qonşusu Leyla olmuşdur. Şəxs ilə barışmamışdır. Ona inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 22 avqust 2025-ci il tarixli 1186 saylı rəyindən görünür ki, 1980-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına əsasən və ilk məlumatı nəzərə alıb aşağıdakı nəticəyə gəlirəm. a/ Müayinə zamanı aşkar edilmiş xəsarətlər – sol yanaq proyeksiyasında qançır, sağ əlin ovuc səthində 5-ci əldarağı sümüyü proyeksiyasında sıyrıq küt əşyanın/əşyaların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir, sağlamlığa zərrə vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarət müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İş materiallarına əlavə olunmuş 03 sentyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərərçəkmiş şəxslərin izahatları, ekspert rəyləri, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(055)-802/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-802/2025
03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver