Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-803/2025 06.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1982-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Qırağlı kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Saatlı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 06 oktyabr 2025-ci il tarixli, MN № ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Notariat Ofisinin 25 yanvar 2024 tarixli, 8İ-409 nömrəli icra sənədi ilə bağlı 4475 manat, Saatlı Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(055)-119/2024 saylı icra sənədi ilə bağlı 1008 manat və Saatlı Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(055)-1379/2024 saylı icra sənədi ilə bağlı 5695 manat pul məbləğlərini ödəməyərək icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 göstərdi ki, Şəxs barəsində olan Saatlı Rayon Notariat Ofisinin 25 yanvar 2024-cü tarixli, 8İ-409 nömrəli icra sənədi, Saatlı Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(055)-119/2024 saylı və 29 noyabr 2024-cü il tarixli, 2(055)-1379/2024 saylı icra sənədi Saatlı rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan borcluya hər üç icra sənədi üzrə borcun könüllü ödənilməsi barədə müvafiq bildirişlər göndərilmişdir. Lakin, hazırki vaxtadək Şəxs Saatlı Rayon Notariat Ofisinin 8İ-409 nömrəli 25 yanvar 2024 tarixli icra sənədi üzrə 7825 manat puldan 350 manat pulu tələbkar X3 xeyrinə, Saatlı Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(055)-119/2024 saylı icra sənədi üzrə 1353 manat puldan 345 manat pulu tələbkar X6 xeyrinə oğlunun xeyrinə ödəsə də, qalan məbləği ödəməmiş və Saatlı Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(055)- 1379/2024 saylı icra sənədi üzrə 5695 manat puldan tələbkar X2 xeyrinə heç bir ödəniş etməmişdir. Şəxs hər üç icra sənədini icra etməməsi səbəbi ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, 3(004)-3357/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə 500 manat məbləğində cərimə edilmişdir. İcra məmuru tərəfindən hər üç icra sənədi üzrə məcburi icra tədbirləri aparılmış, lakin Şəxs icra məmurunun çağrışlarına gəlmədiyindən barəsində qəbul edilmiş axtarış elan edilməsinə dair qərar icra olunması üçün Saatlı rayon Polis Şöbəsinə göndərilmiş, bu gün Şəxs Saatlı Rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş və ondan izahat almış, lakin o, səhətində olan problemlərini və maddi vəziyyətini əsas gətirərək icra sənədləri üzrə ödənilməmiş qalan pul məbləğlərini ödəməkdən imtina etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Notariat Ofisinin 8İ-409 nömrəli 25 yanvar 2024 tarixli icra sənədi üzrə 7825 manat puldan 350 manat pulu tələbkar X3 xeyrinə ödəsə də qalan 4475 manat pulu, Saatlı Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(055)-119/2024 saylı icra sənədi üzrə 1353 manat puldan 345 manat pulu tələbkar X6 xeyrinə ödəsə də, qalan 1008 manat pulu tələbkarlara ödəməmiş və Saatlı Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(055)-1379/2024 saylı icra sənədi üzrə 5695 manat pulu tələbkar X2 xeyrinə ödəməmişdir. Buna səbəb səhətindəki problemlər və maddi vəziyyətinin yaxşı olmaması olmuşdur. Bu səbəbdən o bir bir dəfə inzibati məsuliyyətə cəlb edilmişdir. Hazırki vəziyyətdə icra sənədlərində olan borclarını tam ödəmək iqtidarında olmasa da, ona vaxt verildiyi təqdirdə iki icra vərəqəsi üzrə borclarından tələbkarlara qismən ödəniş edə bilər, digər birini isə tam ödəyib qurtarar. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Notariat Ofisinin 25 yanvar 2024 tarixli, 8İ-409 nömrəli icra qeydindən görünür ki, borclu Şəxs 7825 manat alınaraq tələbkar X3 xeyrinə ödənilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(055)-119/2024 saylı icra sənədindən görünür ki, borclu Şəxs 1353 manat pul alınaraq tələbkar X6 xeyrinə ödənilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(055)-119/2024 saylı icra sənədindən görünür ki, borclu Şəxs 5695 manat pul alınaraq X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 23 may 2025-ci il tarixli, 3(004)-3357/2025 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Saatlı RPŞ-nin 20 avqust 2025-ci il tarixli, 102/2-15981 saylı məktubundan görünür ki, Şəxs barəsində Saatlı RPŞ tərəfindən 700143 nömrəli axtarış işi açılmışdır. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Saatlı Rayon Notariat Ofisinin 25 yanvar 2024 tarixli, 8İ-409 nömrəli icra sənədi ilə bağlı 4475 manat, Saatlı Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, 2(055)-119/2024 saylı icra sənədi ilə bağlı 1008 manat və Saatlı Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(055)- 1379/2024 saylı icra sənədi ilə bağlı 5695 manat pul məbləğlərinin icra edilməsi üçün icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən edildi ki, inzibati xətaya görə inzibati tənbeh almış Şəxs eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədlərinə münasibətdə təkrar törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin dispozisiyasına görə bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına və inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni iki ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: xx xxx 1982-ci il təvəllüdlü, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək on beş gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli bu gündən, yəni 06 oktyabr 2025-ci il tarixdən saat 17:55 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(055)-803/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-803/2025
06.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver