Məhkəmə qərarları › İş №3(055)-82/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-82/2023

18.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-82/2023 18.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 2000-ci ildə Saatlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, avtoyuma sexində işləyən, Saatlı rayonu Mustafabəyli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 17 yanvar 2023-cü il tarixli MN ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 17 yanvar 2023-cü il tarixdə, saat 15:55 radələrində Saatlı rayonu Qırağlı kəndində polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Saatlı rayonunun Mustafabəyli kəndində yaşayır və Saatlı rayonu Qırağlı kəndində avtoyuma sexində yuyucu işləyir. 16 yanvar 2023-cü ildə Saatlı RPŞ-nin İTB-nin sahə polis rəisi, polis mayoru Şahbaz Abbasov tərəfindən barəsində olan inzibati xəta haqqında işlə əlaqədar izahatının alınması üçün polis şöbəsinə dəvət olunmuş, lakin işi ilə əlaqədar avtoyuma sexindən gec çıxdığı üçün polis şöbəsinə getməmişdir. Səhəri gün, yəni 17 yanvar 2023-cü il tarixdə saat 15:55 radələrində polis əməkdaşları onu Saatlı rayon polis şöbəsinə dəvət etsələrdə o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq polis şöbəsinə getməkdən imtina etmişdir. Bundan sonra, polislər onu məcburi qaydada Saatlı rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində o, izahat verməkdən imtina etmiş və hazırdada buna görə peşmandır. Ona görə də göstərdiklərinin nəzərə alınıb məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında Saatlı rayon Polis Şöbəsinin PPXB-nin, polis nəfəri, polis serjantı X2 izahatında göstərdi ki, 17 yanvar 2023-cü il tarixdə saat 15:55 radələrində Saatlı rayonunun Mustafabəyli kəndində yaşayan və Saatlı rayonu Qırağlı kəndində avtoyuma sexində yuyucu işləyən Şəxs barəsində olan inzibati xəta haqqında işlə əlaqədar Saatlı rayon polis şöbəsinə dəvət etmiş, lakin Şəxs onun qanuni tələblərinə qəsdən tabe olmayaraq polis şöbəsinə getməkdən imtina etmişdir. Bundan sonra, digər Saatlı RPŞ-nin PPXB-nin digər polis əməkdaşlarını köməyə çağırmış, raportla RPŞ-nin rəisinə müraciət edilmiş və Şəxs məcburi qaydada Saatlı rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında Saatlı rayon Polis Şöbəsinin PPXB-nin, polis nəfəri, polis serjantı X3 izahatında göstərdi ki, Saatlı rayonunun Mustafabəyli kəndində yaşayan Şəxs barəsində olan inzibati xəta haqqında işlə əlaqədar 17 yanvar 2023-cü il tarixdə saat 15:55 radələrində Saatlı rayonunun Qırağlı kəndində yerləşən avtoyuma sexinə gedərək Şəxs izahatı alınması üçün Saatlı rayon polis şöbəsinə dəvət etmiş, lakin Şəxs onun qanuni tələblərinə qəsdən tabe olmayaraq polis şöbəsinə getməkdən imtina etdiyindən Saatlı RPŞ-nin PPXB-nin digər polis əməkdaşlarının köməkliyi ilə Şəxs məcburi qaydada Saatlı rayon polis şöbəsinə gətirmişlər. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs 17 yanvar 2023-cü il tarixdə, saat 15:55 radələrində Saatlı rayonu Qırağlı kəndində barəsində olan inzibati xəta haqqında işlə əlaqədar izahat vermək üçün Saatlı rayon polis şöbəsinə dəvət olunmuş, lakin o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq Saatlı rayon polis şöbəsinə getməkdən imtina etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaların törətməsi özünün etirafı, şahidlərin izahatları, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən halların olmamasını, xətanın xarakterini, törədilmə şəraitini, onun təqsirinin dərəcəsini və sair bu kimi digər halları nəzərə alıb ona cərimə cəzasının tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan inzibati həbsin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni bir ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Materiala əlavə edilmiş 17 yanvar 2023-cü il tarixli inzibati qaydada tutma protokolundan görünür ki, inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətaya görə 17 yanvar 2023-ci il tarixdə saat 17:45-də tutulmuşdur. Ona görə də inzibati həbs etmənin əvvəli həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli tutulduğu gündən, yəni 17 yanvar 2023-ci il tarixdən saat 17:45 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: İxtiyar Abuşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar