Məhkəmə qərarları › İş №3(055)-83/2023

Saatlı Rayon Məhkəməsi Qərardad — İş №3(055)-83/2023

23.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 3(055)-83/2023 23.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakimi Sadıqov Mirlətif Süleyman oğlu, Saatlı rayon Əmək və Məşğulluq Mərkəzinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialı məhkəmədə baxılmağa hazırlayarkən, Müəyyənetdi: Məhkəməyə daxil olmuş 17 yanvar 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Saatlı rayon Əmək və Məşğulluq Mərkəzi mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatı Saatlı rayon Polis Şöbəsinin DYPBnin sorğusunu aldığı vaxtdan 5 gün müddətində cavablandırmamışdır.. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.4-cü maddələrinəəsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinəəsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, iş materiallarınıaraşdırıb belə qənaətə gəlirəm ki, Saatlı rayon Əmək və Məşğulluq Mərkəzi barəsində Saatlı rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında17 yanvar 2022-ci il tarixli,İXP ******* nömrəli inzibati xəta haqqında protokoldüzgün tərtib olunmadığından, yəni barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs barədə məlumatlar, xətanın törədildiyi yer və vaxt göstərilmədiyindən, həmçinin təqdim edilmiş materiallar natamam olduğundan vəbu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmişorqana qaytarılmalıdır. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasənAzərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Saatlı rayon Əmək və Məşğulluq Mərkəzi barəsində Saatlı rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında17 yanvar 2022-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolvə ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar