Məhkəmə qərarları › İş №3(055)-831/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-831/2023

01.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-831/2023 01.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Protokol tərtib etmiş şəxs X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxx 1976-cı ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı şəhəri, A.Səhhət küçəsi, ev 13-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 01 avqust 2023-cü il tarixli MN № ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 16 iyul 2023-cü il tarixdə saat 07:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin həyət darvazasının qarşısından sonuncuya məxsus dəyəri 130 manat olan, 4 metr uzunluğunda iki haçalı dəmir materialı (şveller) oğurlayaraq özgə əmlakını talamışdır. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 16 iyul 2023-cü il tarixdə saat 07:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin həyət darvazasının qarşısından sonuncuya məxsus dəyəri 130 manat olan, 4 metr uzunluğunda iki haçalı dəmir materialı (şveller) oğurladığı üçün tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 16 iyul 2023-cü il tarixdə saat 07:00 radələrində Saatlı şəhəri ərazisində Zərərçəkmiş şəxs məxsus evin həyət darvazasının qarşısından 4 metr uzunluğunda iki haçalı dəmir materialı (şveller) təkərli əl arabasına qoyaraq aparmış və həmin metalı metal qəbul edən şəxslərə 35 manata satmışdır. Əldə etmiş olduğu 35 manat pulu ərzağa xərcləmişdir. Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, ünvan 1 ünvanda yaşayır. 16 iyul 2023-cü il tarixdə saat 07:00 radələrində küçəyə çıxarkən bir neçə müddətdir həyət darvazasının yaxınlığına qoyduğu 4 metr uzunluğunda olan, iki haçalı dəmir metalın (şvellerin) orada olmadığını və oğurlandığını bilmişdir. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Oğurlanmış əşyaların ona qaytarılmasını tələb edir. İş materiallarına əlavə olunmuş 26 iyul 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs fərdi yaşayış evinin qarşısındakı küçədən ona məxsus 130 manat dəyərində, 4 metr uzunluğunda, iki haçalı dəmir metalın (şvellerin) oğurlanması faktı ilə bağlı toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və naməlum şəxs və ya şəxslərin müəyyən edilərək barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı RPŞ-nin İTB-yə verilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyərək və iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin dispozisiyasına görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən suiistifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 16 iyul 2023-cü il tarixdə saat 07:00 radələrində Zərərçəkmiş şəxs yaşadığı evin həyət darvazasının qarşısından sonuncuya məxsus dəyəri 130 manat olan, 4 metr uzunluğunda iki haçalı dəmir materialı (şveller) oğurlayaraq özgə əmlakını talamaqla zərərçəkmiş şəxsə ümumilikdə 130 manat məbləğində ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin dispozisiyasına görə xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama həmin maddə ilə inzibati məsuliyyətə səbəb olur və yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb ictimai işlər növündə tənbehin tətbiqini kifayət saymayaraq barəsində müəyyən müddətə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təyin ediləcək inzibati həbs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan, yəni üç ayadək müddətə inzibati həbsin dörddə birindən az olmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 01 avqust 2023-cü il tarixdən saat 15:15 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar