Məhkəmə qərarları › İş №3(055)-836/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-836/2025

28.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-836/2025 28.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə Saatlı rayonu X2 sədri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə nəzərdə tutulmuş izibati xətanı törətməsi barədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 27 avqust 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Saatlı rayonu X2 sədri Şəxs tərəfindən bələdiyyənin mütləq təqdim edilməli olan 03 iyul 2025-ci il tarixli, 11 saylı iclas protokolu üç iş günü müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsinin informasiya sisteminə yerləşdirilməmişdir. Saatlı rayonu X2 sədri Şəxs məhkəməyə ərizə ünvanlayaraq barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan məlumatlı olduğunu, məsuliyyətini qəbul etdiyini və təyin edilmiş məhkəmə iclasında iş yükü ilə bağlı iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsinin rəisi İsgəndər Orucov məhkəməyə məktub ünvanlayaraq Saatlı rayonu X2 sədri Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə təyin edilmiş məhkəmə iclasında iş yükünün çox olması ilə bağlı iştirak edə bilməməsinin nəzərə alınaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Materiala əlavə edilmiş sənədlərdən görünür ki, Saatlı rayonu X2 sədri Şəxs tərəfindən bələdiyyənin mütləq təqdim edilməli olan 03 iyul 2025-ci il tarixli, 11 saylı iclas protokolunu qanunla müəyyən olunmuş müddətdən gec, yəni 26 avqust 2025-ci il tarixdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Regional Ədliyyə İdarəsinin informasiya sisteminə göndərmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə hesab edir ki, qeyd olunan inzibati xəta haqqında protokol və işin digər materialları ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsinə əsasən bələdiyyə qərarlarının qəbul edildiyi vaxtdan 3 iş günü ərzində onların surətinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın informasiya sistemində yerləşdirilməməsinə görə vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Saatlı rayonu X2 sədri Şəxs inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq onun barəsində törətdiyi inzibati xətaya görə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının aşağı həddinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Saatlı rayonu X2 sədri Şəxs inzibati cəriməni ödəniş kartı və digər ödəmə alətləri vasitəsi ilə ödəyə biləcəyi, həmçinin də inzibati cərimə oluması barədə qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edəcəyi halda, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad olunacağı izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Saatlı rayonu X2 sədri xx xxxx 1986-cı ildə Saatlı rayonunda doğulmuş, Saatlı rayonu Dədə Qorqud kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 549.2-ci maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Saatlı rayonu X2 sədri Şəxs inzibati cəriməni ödəniş kartı və digər ödəmə alətləri vasitəsi ilə ödəyə biləcəyi, həmçinin də inzibati cərimə oluması barədə qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edəcəyi halda, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad olunacağı izah edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Şirvan Apellyasiya Məhkəməsinə” şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar