Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-852/2025 03.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Saatlı rayon X6 yol polis bölməsinin yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kiçik leytenantı X1, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 iştirakı ilə Saatlı rayon X6 yol polis bölməsinin yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kiçik leytenantı X1 14 oktyabr 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Saatlı rayon X6 yol polis bölməsinin yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kiçik leytenantı X1 14 oktyabr 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. X5 şikayətlə məhkəməyə müraciət edərək Saatlı rayon X6 yol polis bölməsinin yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kiçik leytenantı X1 14 oktyabr 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, ona yazılmış 100 manat cərimənin və 3 balın silinməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X5 izahatında göstərdi ki, istifadə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı “LEXUS RX-330” markalı avtomobili ilə xx.xx.2025ci il tarixdə Sabirabad rayonundan gələrkən Saatlı rayonu Qıraqlı kəndində baş vermiş yol nəqliyyat hadisəsinə görə İXM-nin 327.2-ci maddəsi ilə TP7573863 nömrəli protokol üzrə 100 manat cərimə olunmuşdur. Tətbiq olunan cərimə əsassız və yanlışdır. Təqsirli bilindiyi maddə yəni, İXM-in 327.2-ci maddəsində qeyd edilən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı aparılması halında “Yol hərəkəti haqqında” Qanunun 51-ci V-ci bəndindəki hallar pozularsa tətbiq edilir. Təqsirli bilindiyi maddə yəni, İXM-in 327.2-ci maddəsində əks istiqamətli hərəkət zolağı dedikdə “Yol hərəkəti haqqında” Qanunun 69cu maddəsinin Vİ bəndinin İ hissəsində qeyd edilən 1.1 üfüqi nişanlanma xətti əks istiqamətli nəqliyyat axınlarını ayırır və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini, yolun hərəkət hissəsinin giriş qadağan edilən sərhədlərini, nəqliyyat vasitələrinin duracaq yerlərinin sərhədlərini və avtomagistrallara aid edilməyən yolların hərəkət hissəsinin kənarlarını göstərir. Həmin maddə ilə cərimə olunma üfüqi nişanlanma olduğu halda keçərlidir. Yazılan protokol üzrə inzibati xətanın baş verdiyi yerdə həmin üfüqi nişanlanma xətti mövcud deyil və həmin qanunun tələblərinə uyğun olaraq üfüqi yol nişanları ilə ötmə qadağandır nişanı ziddiyyət daşıyır, buna məsul şəxsi isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumdur. Əlavə olaraq bildirir ki, həmin cərimənin ona tətbiq edilməsinin səbəbi həmin gün orada kənd ərazisindən çıxan “Mercedes Benz 190” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağını düzgün seçməməsi və sağa dönməsinə baxmayaraq onun hərəkət istiqamətinə daxil olması idi. Bu zaman qanunvericiliyin tələblərinə əsasən o, aidiyyəti YPX əməkdaşını çağırmış və məsələyə hüquqi qiymət verməsi üçün müvafiq tədbir görməsini xahiş etmişdir. YPX əməkdaşı isə məsələyə hüquqi qiymət verməyərək onu təqsirli bilmiş və qərarla sözügedən cəriməni tətbiq etmişdir. Ona tətbiq edilən cərimənin əsassız olduğunu iddia edərək sübut kimi fotoşəkilləri və mütəxəssisin iştirakı ilə videoyazını təqdim etmişdir. Ona görə də, şikayətin təmin edilməsini və Saatlı rayon X6 yol polis bölməsinin yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kiçik leytenantı X1 14 oktyabr 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Saatlı rayon X6 yol polis bölməsinin yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kiçik leytenantı X3 izahat verərək bildirmişdir ki, həmin qərarı o qəbul etmişdir. Hadisə xx.xx.2025-ci il tarixdə Saatlı rayonu Qıraqlı kəndi ərazisində baş vermişdir. Onlar hadisə yerinə getdiklərində hər iki tərəfin sığorta şirkətlərinin əməkdaşları da hadisə yerində idilər. Onlar qaşılıqlı müzakirələr aparmış və belə bir nəticəyə gəlmişlər ki, X4 idarə etdiyi avtomobil əks istiqamətə çıxdığı üçün qəzaya səbəb olmuşdur. “Mercedes Benz 190” markalı **-BJ- *** dövlət qeydiyyat nişanlı avtomobilin çıxdığı yerdə “yol verin” yol nişanı var. Hadisə “Mercedes Benz 190” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin yol nişanına çatmamış baş verib, yəni “Mercedes Benz 190” markalı avtomobil yol hərəkəti qaydalarını pozmayıb. Qəbul edilmiş qərar qanuni və əsaslıdır. Sonda şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş Saatlı rayon X6 yol polis bölməsinin yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kiçik leytenantı X1 14 oktyabr 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmaqla törətdiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. İşdə olan və məhkəmə iclasında baxış keçirilmiş diskə əlavə edilmiş fotoşəkillərdən və xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi baş verən yolda 1.1 üfüqi nişanlanma xətti olmamış, avtomagistral yoldan 2-ci dərəcəli yola dönən hissədə asfalt örtüyünün üzəri çınqıl daşları ilə örtülmüş, 2-ci dərəcəli yoldan avtomagistral yola keçid edilən hissədə 2.4 “yol verin” yol nişanı olmuş, “Mercedes Benz 190” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 2-ci dərəcəli yolun nisbətən orta hissəsi ilə hərəkət edərək həmin nişana çatmamış şikayətçiyə məxsus avtomobillə toqquşmuşdur. Həmçinin, X5 idarə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı “LEXUS RX- 330” markalı avtomobili ilə sağa dönmə əməliyyatını həyata keçirən zaman avtomagistraldan 2-ci dərəcəli yola iti bucaq altında yolun sağ hissəsi ilə deyil, düz bucaq altında tam yolun ortası ilə sağa dönmə (manevr etmə) əməliyyatı edərək “Mercedes Benz 190” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Elmir Əlizadə bunun səbəblərini, yəni yolun sağ hissəsi ilə deyil, yolun orta hissəsi ilə dönməsini avtomagistralın kənarı ilə piyadaların hərəkət edə biləcəyi ehtimalı ilə izah etmişdir. Məhkəmə şikayətçini və qərarından şikayət verilmiş şəxsi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir; inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) (75.0.1); inzibati xəta törətmiş şəxs (75.0.2); inzibati xəta törətməkdə şəxsin təqsiri (75.0.3); inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar (75.0.4); inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı (75.0.5); inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar (75.0.6); işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (75.0.7). “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 49-cu maddəsinin 1-ci hissəsinə əsasən normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Saatlı Rayon X6 yol polis bölməsinin yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kiçik leytenantı X1 14 oktyabr 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarında öz təsdiqini tapmışdır. X5 isə barəsində tərtib edilmiş 14 oktyabr 2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarın əsassız olmasını yol kənarında inzibati xətanın baş verdiyi yerdə üfüqi nişanlanma xətlərinin mövcud olmaması və “Mercedes Benz 190” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağını düzgün seçməməsi və sağa dönməsinə baxmayaraq onun hərəkət istiqamətinə daxil olması ilə əlaqələndirmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 idarə etdiyi **-BF-*** dövlət qeydiyyat nişanlı “LEXUS RX-330” markalı avtomobili ilə sağa dönmə əməliyyatını həyata keçirən zaman avtomagistraldan 2-ci dərəcəli yola yolun hərəkət hissəsinin sağ tərəfi ilə dönməli olduğu halda, yolun hərəkət hissəsinin ortası ilə düz bucaq altında sağa dönmə əməliyyatı edərək manevr etmə qaydalarını pozmuşdur. “Mercedes Benz 190” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2-ci dərəcəli yoldan avtomagistrala doğru hərəkət istiqamətində avtomagistralın yanında 2.4 “yol verin” yol nişanı olmuş, hadisə sonuncu avtomobilin həmin yol nişanına çatmamış, yəni həmin nişanın təsiri olmayan ərazidə baş vermişdir. Elmir Əlizadə baş yoldan 2-ci dərəcəli yola keçid edərkən nişanlanma xətləri olmasa da, yolun sağ hissəsi ilə hərəkət etməli olduğu halda manevr etmə qaydalarını pozaraq yolun orta hissəsi ilə 2-ci dərəcəli yola daxil olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, Saatlı Rayon X6 yol polis bölməsinin yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kiçik leytenantı X1 14 oktyabr 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyətli hallar sübuta yetirilmişdir, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Məhkəmə iclasında X5 üfüqi nişalanma xətti ilə yol kənarında quraşdırılmış “ötmək qadağandır” yol nişanı arasında ziddiyyət mövcud olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2-ci dərəcəli yoldan baş yola çıxan hissədə üfüqi nişalanma xətti və ötməni qadağan edən nişan olmamışdır və bu hal yol nişanları arasında ziddiyət kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında X5 tərəfindən təqdim edilmiş Sabirabad Rayon Məhkəməsinin xx.xx.2025-cü il tarixli, 3(056)-1231/2024 saylı və xx.xx.2025-ci il tarixli, 3(056)-504/2025 saylı qərarlarından görünür ki, DYPB-nin əməkdaşlarının İXM-nin 327.2-ci maddəsi ilə tərtib etdiyi inzibati tənbeh vermə haqqında qərarları başqa əsaslarla (müvafiq olaraq inzibati xəta hadisəsinin xüsusi texniki vasitələrin göstəricisi ilə aşkar edilməməsi halının müəyyən edilməsi və üfüqi nişalanma xətti ilə yol kənarında quraşdırılmış yol nişanı arasında ziddiyyət mövcud olduğu müəyyən edilməsi) ləğv edilmişdir. Yəni həmin məhkəmə qərarlarının hazırki mübahisələndirilən qərara aidiyyəti yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Saatlı Rayon X6 yol polis bölməsinin yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kiçik leytenantı X1 14 oktyabr 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsaslı olduğu üçün X4 verdiyi şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X4 Saatlı Rayon X6 yol polis bölməsinin yol nəqliyyat hadisələri üzrə baş inspektoru, polis kiçik leytenantı X1 14 oktyabr 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(055)-852/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-852/2025
03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver