Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-859/2023 10.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1991-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu Şirinbəy kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 10 avqust 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 14 iyul 2023cü il tarixdə Saatlı rayonu Şirinbəy kəndi ərazisində Zərərçəkmiş şəxs ilə su üstündə aralarında yaranmış mübahisə zamanı sonuncunu qəsdən döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərdi ki, Saatlı rayonu Şirinbəy kəndində yaşayır, fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs ilə həmkəndlidir, əvvəllər su üstündə narazılqlar olduğundan münasibətləri yaxşı deyildir. 14 iyul 2023-cü ildə saat 08 radələrində yaşadığı evə gələrkən küçədə həyət darvazasının qarşısında Zərərçəkmiş şəxs və X1 onun və ailə üzvlərinin, o cümlədən şəhid qohumunun ünvanına nalayiq sözlər işlətdiyini eşitdiyi üçün aralarında mübahisə yaranmış və həmin vaxt Vaqif və Fərman onu döymüşlər, o da özünü müdafiə etmək üçün Zərərçəkmiş şəxs vurmuşdur. Ona görə də, göstərdiklərini nəzərə alıb məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Saatlı rayonu Şirinbəy kəndində yaşayır. Şəxs həmkəndli kimi tanıyır.Şəxs evinin qarşısından uzun illərdir su kanalı keçir, lakin həmin su kanalından 2023-cü ildən istifadə edə bilməmişdir. Buna səbəb isə Şəxs həmin su kanalını səbəbsiz yerə traktorla doldurması olmuşdur. O, dəfələrlə Şəxs su kanalını açmasını tələb etmiş, lakin Pərvin su kanalını təmizlətdirməmişdir. 14 iyul 2023-cü ildə saat 08 radələrində Pərvinin atası Əkbəri küçəyə çağırmış, həmin vaxt Şəxs da onların yanına gələrək mübahisə etməyə başlamış və qəfildən əli ilə onu vuraraq döyümüşdür. Oğlu Fərman araya girərək onları aralaşdırmış, həmin vaxt nə o, nə də oğlu Fərman Şəxs vurmuşdur. Hazırda Şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Məhkəmə iclasında şahid X3 göstərdi ki, Saatlı rayon Şirinbəy kəndində yaşayır. Şəxs onun həmkəndlisi, Zərərçəkmiş şəxs isə onun atasıdır. Şəxsla arasında ədavəti olmasa da, su kanalının üstündə aralarında narazılıq yaranmışdır. 14 iyul 2023-cü il tarixdə, saat 08radələrində yaşadılqarı Şirinbəy kəndində atası Fərman Pərvinin atası Əkbəri küçəyə çağırmış, həmin vaxt Şəxs onların yanına gələrək mübahisə etməyə başlamış və qəfildən əli ilə onun atasını vuraraq döyümüşdür. O, araya girərək onları sakitlərşdirmiş, həmin vaxt nə o, nə də atası Vaqif Şəxs döymüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik hüquqi şəxsin Sabirabad rayon şöbəsinin 14 iyul 2023-cü il tarixli 216 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağında qansızma, boyunun sağ yan səthində, sol qalça proyeksiyasında sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti 14 iyul 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 24 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-nə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Saatlı rayon polis şöbəsinin 10 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi və şahidi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 14 iyul 2023-cü il tarixdə, saat 08 radələrində Saatlı rayonu Şirinbəy kəndi ərazisində Zərərçəkmiş şəxs ilə su üstündə aralarında yaranmış mübahisə zamanı sonuncunu qəsdən döyərək, sağlamlığa zərər vurmayan xəsarətlər yetirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərər çəkmiş şəxsin və şahidin izahatlarını, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, ağırlaşdırıcı halın olmamasını nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-859/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-859/2023
10.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver