Məhkəmə qərarları › İş №3(055)-867/2025

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-867/2025

03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-867/2025 03.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1983-cü il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Saatlı rayonunun Məzrəli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 21 oktyabr 2024-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 09 oktyabr 2025-ci il tarixdə Saatlı rayonunun Məzrəli kəndi ərazisində ov silahının daşınması və saxlanması qaydalarını pozaraq müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan özünə məxsus “İJ-27” markalı, A-03569 nömrəli, 12 çaplı, qoşa lülə ov tüfəngi ilə iyirmi bir ədəd qaşqaldaq və dörd ədəd ördək çöl quşlarını qanunsuz ovlamışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 09 oktyabr 2025-ci il tarixdə Saatlı rayonunun Məzrəli kəndi ərazisində ov silahının daşınması və saxlanması qaydalarını pozaraq müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan özünə məxsus “İJ-27” markalı, A-03569 nömrəli, 12 çaplı, qoşa lülə ov tüfəngi ilə iyirmi bir ədəd qaşqaldaq və dörd ədəd ördək çöl quşlarını qanunsuz ovlamışdır. Hazırda etdiyi əməldən peşmandır və ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş 19 oktyabr 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı Rayon Polis X1 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Saatlı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 28 dekabr 2022-ci il tarixli, 816 nömrəli şəhadətnamənin surətindən görünür ki, bu şəhadətnamə “İJ-27” markalı, A-03569 nömrəli, 12 çaplı, qoşa lülə ov silahının saxlanması və təyinatı üzrə istifadə edilməsi üçün Saatlı rayonunun Məzrəli kəndində yaşayan Şəxs verilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 09 oktyabr 2025-ci il tarixdə Saatlı rayonunun Məzrəli kəndi ərazisində ov silahının daşınması və saxlanması qaydalarını pozaraq müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan özünə məxsus “İJ-27” markalı, A-03569 nömrəli, 12 çaplı, qoşa lülə ov tüfəngi ilə iyirmi bir ədəd qaşqaldaq və dörd ədəd ördək çöl quşlarını qanunsuz ovlamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən balıq və digər su bioresurslarının ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 590.1-ci maddəsinin sanksiyasında silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunan maddələrin tələblərinə uyğun olaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında olan cərimə cəzası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.1-ci maddəsinin sanksiyasında olan cərimə cəzasından ciddi olduğuna, həmçinin də İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında daha ciddi cəza olan ov hüququnun məhdudlaşdırılması nəzərdə tutulduğuna görə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cərimə cəzasının tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarından göründüyü kimi, Şəxs tərəfindən törədilmiş inzibati xətanın predmeti olan “İJ-27” markalı, A-03569 nömrəli, 12 çaplı, qoşa lülə ov tüfəngi Şəxs məxsusdur. Ona görə də məhkəmə hesab edir ki, qeyd edilən ov tüfəngi müsadirə edilmədən, qanuni sahibi olan Şəxs təhvil verilməlidir. Şəxs inzibati cəriməni ödəniş kartı və digər ödəmə alətləri vasitəsi ilə ödəyə biləcəyi, həmçinin də inzibati cərimə oluması barədə qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edəcəyi halda, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad olunacağı izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3 və 590.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə 1000 (bir min) manat məbləğində cərimə edilsin. İş üzrə maddi sübut olan və Saatlı rayon Polis Şöbəsində saxlanılan “İJ-27” markalı, A-03569 nömrəli, 12 çaplı, qoşa lülə ov tüfəngi qanuni sahibi Şəxs təhvil verilsin. Şəxs inzibati cəriməni ödəniş kartı və digər ödəmə alətləri vasitəsi ilə ödəyə biləcəyi, həmçinin də inzibati cərimə oluması barədə qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edəcəyi halda, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad olunacağı izah edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Şirvan Apellyasiya Məhkəməsinə” şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə mini.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar