Məhkəmə qərarları › İş №3(055)-893/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-893/2023

21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-893/2023 21.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Ayaz oğlunun və onun qanuni nümayəndəsi X1 iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Saatlı rayon Qara Nuru kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 21 avqust 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 07 iyul 2023-cü il tarixdə Saatlı rayon Qara Nuru kəndində Zərərçəkmiş şəxs Ayaz oğlunu döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 07 iyul 2023-cü il tarixdə Saatlı rayon Qara Nuru kəndində Zərərçəkmiş şəxs Ayaz oğlunun sifətinə sillə vurmuşdur. Amma bu hərəkətini qərəzli olaraq deyil, Nurlanın onun barəsində nalayiq söz deməsi olmuşdur. Hazırda etdiyi əməldən peşmandır. Ona görə də, bu halın nəzərə alınmasını və ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Ayaz oğlu qanuni nümayəndəsi X1 iştirakı ilə dindirilərkən izahatında göstərdi ki, Şəxs 07 iyul 2023-cü il tarixdə Saatlı rayon Qara Nuru kəndində onu sillə və təpiklə vuraraq döymüşdür. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Ayaz oğlunun qanuni nümayəndəsi X4 izahatında göstərdi ki, Şəxs 07 iyul 2023-cü il tarixdə Saatlı rayon Qara Nuru kəndində Zərərçəkmiş şəxs Ayaz oğlunu sillə və təpiklə vuraraq döymüşdür.Hazırda Şəxs şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs Ayaz oğlu qardaşının övladıdır. 07 iyul 2023-cü il tarixdə Saatlı rayon Qara Nuru kəndində öz avtomobili ilə mağazaya gedərkən yolun kənarında Şəxs Nurlanı döydüyünü görüb dərhal onların yanına gələrək uşağı Ramilin əlindən alıb aparmışdır. İş materiallarına əlavə olunmuş 25 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 08 iyul 2023-cü il tarixli 198 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Ayaz oğlunda müayinə zamanı aşkar edilmiş xəsarətlər – döş qəfəsinin sağ yan səthində, sağ qoltuğaltı xətt üzrə 6-7-ci qabırğa səviyyəsində qançır küt əşyanın/əşyaların, ola bilsin yumruq təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti 07 iyul 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 21 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri, şahidi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində azyaşlı uşağının olmasını, əməlindən peşman olmasını və son bir il ərzində inzibati məsuliyyətə cəlb edilməməsini onun məsuliyyətini yüngülləşdirən hallar olaraq qəbul edir. İnzibati xətanın yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar