Məhkəmə qərarları › İş №3(055)-894/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-894/2023

21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-894/2023 21.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxx 1952-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Saatlı rayonu Əliabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 21 avqust 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 19 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, qohumdurlar. Zərərçəkmiş şəxs ondan borc pul alıb qaytarmadığı üçün sonuncuya qarşı məhkəmədə iddia qaldırmış və iddiası təmin olunmuşdur.19 iyul 2023-cü il tarixdə İsa ailə üzvləri ilə birlikdə onun həyətinə gəlmiş, bu zaman İsanın qızı Günel onun üzərinə yeriyib atasının borcunu bağlamasını tələb etmiş, o da həmin vaxt pul ödənildiyi halda borcun bağlanacağını bildirmişdir. Bu zaman İsanın qızı Günel yenidən onun üzərinə yerimiş, həmin vaxt səs-küyə həyətə çıxan oğlu Amil onları sakitləşdirmişdir. Daha sonra İsa və ailə üzvləri həyətdən çıxıb getmişlər. Bir daha bildirir ki, həmin vaxt Zərərçəkmiş şəxs vurmamış, sonuncuya xəsarət yetirməmişdir.Ona görə də, bu halın nəzərə alınmasını və ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 19 iyul 2023-cü il tarixdə Atabala ilə aralarındakı borc mübahisəsinə aydınlıq gətirilməsindən ötrü ailə üzvləri ilə birlikdə sonuncunun həyətinə getmişdir. Atabalanın ondan artıq pul istəməsi ilə bağlı aralarında mübahisə yaranmış və bu zaman Şəxs yumruqla onun baş nahiyəsinə xəsarət yetirmişdir.Hazırda Şəxslə barışmamış və ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında göstərdi ki, 19 iyul 2023-cü il tarixdə atası İsanın Atabala ilə aralarındakı borc mübahisəsinə aydınlıq gətirilməsindən ötrü sonuncunun həyətinə getmişlər. Atabalanın atası İsadan artıq pul istəməsi ilə bağlı aralarında mübahisə yaranmış və bu zaman Şəxs atası İsaya xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, Şəxs əri, Zərərçəkmiş şəxs isə qohumudur. 19 iyul 2023-cü il tarixdə İsa ailə üzvləri ilə birlikdə onun həyətinə gəlmiş, bu zaman İsanın qızı Günel Atabalanın üzərinə yeriyib atasının borcunu bağlamasını tələb etmiş, sonuncu da pul ödənildiyi halda borcun bağlanacağını bildirmişdir. Bu zaman İsanın qızı Günel səs-küy yaratmış və həmin vaxt həyətə çıxan oğlu Amil onları sakitləşdirmişdir. Daha sonra İsa və ailə üzvləri həyətdən çıxıb getmişlər.Şəxs və digər ailə üzvləri tərəfindən Zərərçəkmiş şəxs xəsarət yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid X2 ilə eyniməzmunlu izahat verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Şəxs həmkəndlisidir.19 iyul 2023-cü il tarixdə Atabala ilə işi olduğundan sonuncunun həyətinə getmişdir. Həyətə çatanda iki nəfər kişi və qadının Atabala ilə mübahisə etdiklərini, daha sonra isə adını sonradan bildiyi İsanın qızı Günelin Atabalanın üstünə qışqıraraq atasının borcunu bağlamasını tələb etdiyini eşitmişdir. Həmin vaxt Atabalanın oğlu Amil həyətə çıxıb onları sakitləşdirmişdir. Daha sonra İsa və ailə üzvləri həyətdən çıxıb getmişlər. Həmin vaxt Şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsini görməmişdir. İş materiallarına əlavə olunmuş 07 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-yə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyinin 20 iyul 2023-cü il tarixli 228 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinə zamanı aşkar edilmiş xəsarətlər – sol təpə-alın, sağ gicgah nahiyələrində qançırlar küt əşyanın/əşyaların təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddəti 19 iyul 2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş 21 avqust 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri, şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikası Saatlı Rayon Məhkəməsi Poçt indeksi 4900, Saatlı şəhəri Tel: (02128) 5-31-83 H.Aslanov küçəsi № 1 faks: (02128) 5-32-83 www. Elektron ünvan № 3(055)-894/2023 “____” _________ 2023-cü il Saatlı rayon İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri cənab Araz Hüseynova Saatlı Rayon Məhkəməsi hakiminin Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə 21 avqust 2023-cü il tarixli, 3(055)-894/2023 saylı qərarının surəti icra edilməsi üçün Sizə göndərilir. Qərarın icraata başlanması və icranın başa çatması barədə məhkəməyə məlumat verməyiniz xahiş olunur. Qoşma: “03" vərəqə.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar