Məhkəmə qərarları › İş №3(055)-895/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-895/2023

21.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-895/2023 21.08.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Saatlı Rayon Məhkəməsinin hakimi Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Protokol tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonunun Dədə Qorqud kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 11 avqust 2023-cü il tarixdə saat 22:50-də istifadəsində olan ***-***-**-** saylımobil nömrədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng vuraraq bütövlükdə polis orqanlarında çalışan şəxslərin ünvanına nalayiq söyüşlər söyərək təhqir etmiş və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 21 avqust 2023-cü il tarixli MN ******* saylı protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X2 göstərdi ki, polis sahə rəisi vəzifəsində işləyir. Şəxs 11 avqust 2023-cü il tarixdə saat 22:50-də istifadəsində olan ***-***-**- ** saylımobil nömrədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng vuraraq bütövlükdə polis orqanlarında çalışan şəxslərin ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdir. Araşdırma aparılması üçün Saatlı RPŞ İTB-nin polis nəfəri polis serjantı X5 ilə birlikdə Şəxs yaşadığı evə gedərək sonuncunu RPŞ-yə dəvət edən zaman sonuncu yenidən bütövlükdə polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüş, bu zaman onu nizamintizama dəvət etsələr də, o, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bununla əlaqədar raportla Saatlı Rayon Polis Şöbəsinə müraciət edilmiş və tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, özünü təqsirli bilir. Bir müddət əvvəl arvadı ondan ayrılıb uşaqları ilə birlikdə ata evinə getdiyindən aralarında münaqişə yaranmış və 11 avqust 2023-cü il tarixdə saat 22:50 radələrində evdə olan vaxt istifadəsində olan ***-***- **-** saylı mobil nömrədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng vuraraq bütövlükdə polis orqanlarında çalışan şəxslərin ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdir. Əməlindən peşmandır.Sonda məhkəmədən ona köməklik olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid X5 izahatında bildirdi ki, 11 avqust 2023-cü il tarixdə saat 22:50-də istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng vuraraq bütövlükdə polis orqanlarında çalışan şəxslərin ünvanına nalayiq söyüşlər söyərək təhqir etmişdir. Araşdırma aparılmasıüçün SaatlıRPŞ İTBnin polis sahə rəisi X2 ilə birlikdə Şəxs yaşadığı evə gedərək sonuncunu RPŞ-yə dəvət edən zaman Asif yenidən bütövlükdə polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söymüş, bu zaman həmin şəxsi nizam-intizama dəvət etsələr də, həmin şəxs onların qanuni tələblərinə qəsdən tabesizlik göstərmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək və iş materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətalar törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. İXM-nin 89.5-ci maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 21 avqust 2023-cü il tarixdən, saat 15:30 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar