Məhkəmə qərarları › İş №3(055)-899/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-899/2023

07.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-899/2023 07.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Zərərçəkmiş şəxs1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1986-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Saatlı rayonunun Mustafabəyli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 16 avqust 2023-cü il tarixli İXP № ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, sürücü Şəxs 05 iyul 2023-cü il tarixdə idarə etdiyi “VAZ-21074” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Saatlı rayonu Mustafabəyli kəndi ərazisindən keçən Hacıqabul- Bəhrəmtəpə avtomobil yolunda Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevretmə qaydalarını pozaraq Hacıqabul istiqamətdə geriyə dönən zaman avtomobili arxadan eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21074” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşdurmuş, nəticədə Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 05 iyul 2023-cü il tarixdə idarə etdiyi “VAZ-21074” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Saatlı rayonu Mustafabəyli kəndi ərazisindən keçən Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunda Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevretmə qaydalarını pozaraq Hacıqabul istiqamətdə geriyə dönən zaman avtomobili arxadan eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21074” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşdurmuş, nəticədə Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır.Hadisə özünün səhlənkarlığından olmuşdur. Törətdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Sonda məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs1 izahatında göstərdi ki, Şəxs 05 iyul 2023cü il tarixdə idarə etdiyi “VAZ-21074” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı Saatlı rayonu Mustafabəyli kəndi ərazisindən keçən Hacıqabul- Bəhrəmtəpə avtomobil yolunda Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla manevretmə qaydalarını pozaraq onun idarə etdiyi “VAZ-21074” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə o, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şikayət və tələbi yoxdur. İş materialında olan 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin DYPB-nə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 21 iyul 2023-cü il tarixli 215 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 müayinə zamanı aşkar edilmiş xəsarətlər təpə nahiyəsində yara, döş qəfəsinin ön sol yan səthində, sol ön qoltuqaltı xətt üzrə 7-9-cu qabırğa səviyyəsində, sağ baldırın yuxarı 1/3-də bayır səthdə, sol baldırın orta 1/3-də bayır səthdə qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir və əmələ gəlmə müddəti 05 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanın törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar