Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-902/2022 16.11.2022 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə xx.xx.1974-cü ildə doğulmuş, Saatlı rayonunun Bəylər kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Saatlı rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəməyə daxil olmuş 27 oktyabr 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda və əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 19 iyun 2022-ci il tarixində «X3” markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əlehinə olan inzibati xətanı törətdiyi üçün EQ 10285707 nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 10 manat cərimə olunması barədə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İnzibati xəta törətmiş Şəxs işin baxılmasının yeri və müddəti vaxtında bildirilmiş, lakin Şəxs üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması haqqında ondan məhkəməyə vəsatət daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə inzibati xəta törətmiş şəxs Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edirəm. Materiala əlavə edilmiş inzibati xəta haqqında EQ 10285707 saylı protokolda Şəxs yuxarıda göstərilən inzibati xətaları törətməsi bir daha təsdiq olunur. İnzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Materiala əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edirəm ki, Şəxs 19 iyun 2022-ci il tarixində «X3” markalı ** DY *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydaları əlehinə olan inzibati xətanı törətdiyi üçün EQ 10285707 nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə 10 manat cərimə olunması barədə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi təsdiq edildiyindən onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirlətif Sadıqov Əsli ilə düzdür Hakim: Mirlətif Sadıqov H.Aslanov küçəsi № 1 Faks: (02128) 5-32-83 www. Elektron ünvan
Məhkəmə qərarları › İş №3(055)-902/2022
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-902/2022
16.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver