Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-958/2025 29.10.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 2006-cı ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Saatlı rayonu Nabatkənd kəndində qeydiyyatda olan, Saatlı rayonu Qara Nuru kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 29 oktyabr 2025-ci il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli 2(055)-929/2025 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli 2(055)-929/2025 saylı icra sənədinə əsasən tələbkar Zərərçəkmiş şəxs borclu Şəxs ilə birgə nikahlarından 26 sentyabr 2024-cü il tarixdə anadan olmuş X5 adlı uşağı ilə ünsiyyətdə olmaq hüququ qətnamə qanuni qüvvəyə mindikdən və icraya yönəldildikdən sonra ilk üç il ərzində (uşaqla valideyni arasında bağlılıq möhkəmlənənədək, münasibətlər tam bərpa olunanadək) hər həftənin şənbə günü saat 10:00-dan saat 13:00-dək, qətnamənin icraya yönəldilməsindən üç il müddət keçdikdən sonra uşaq 7 yaşına çatanadək hər həftənin şənbə günü, saat 10:00-dan saat 16:00-dək, uşaq yeddi yaşına çatdıqdan sonra isə hər həftənin şənbə-bazar günləri, bayram və uşağın ad günündə saat 10:00-dan saat 18:00dək təmin edilməlidir. Lakin, icra sənədi üzrə borclu Şəxs Saatlı Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli 2(055)-929/2025 saylı icra sənədinin icrası ilə bağlı onun, yəni icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla bağlı borcluya icra sənədini icra etmədiyi halda məsuliyyət daşımasını izah etmiş, borclu isə Zərərçəkmiş şəxs digər icra sənədi üzrə olan qızıl-zinət əşyalarının dəyərinin ona tam ödəməməsini əsas gətirərək icra sənədinin icrasından imtina etmişdir. Ona görə də, borclu Şəxs barəsində hazırki inzibati xəta haqqında protokolu tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli 2(055)- 929/2025 saylı icra sənədinin icrası üzrə tələbkar Zərərçəkmiş şəxs 26 sentyabr 2024-cü il tarixdə anadan olmuş X5 adlı uşağı ilə ünsiyyətdə olmaq hüququ vardır. Lakin, Zərərçəkmiş şəxs digər icra sənədi üzrə olan qızıl-zinət əşyalarının dəyərini ona ödəmədiyindən o da tələbkara uşaqla ünsiyyətdə olmasına imkan verməmişdir. İcra məmuru onunla bu barədə danışıqlar aparmış o isə təkidlə bildirmişdir ki, qızıl-zinət əşyalarının dəyəri ona ödənildikdən sonra uşağı tələbkar evinə aparmadan tələbkara ünsiyyətdə olmasına imkan verəcəkdir. Hal-hazırda da həmin fikirində qalmaqdadır. Ona görə də, göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Saatlı Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli 2(055)-929/2025 saylı icra sənədində qeyd olunan qaydada 26 sentyabr 2024-cü il tarixdə anadan olmuş Niyaz adlı uşağı ilə ünsiyyətdə olmaq hüququ vardır. Lakin, Şəxs ona uşağı ilə görüşüb ünsiyyət saxlamağa imkan vermir. Belə ki, onun keçmiş qaynatası onunla hələ də ədavət apardığından keçmiş arvadı Şəxs da digər icra sənədi üzrə olan qızıl-zinət əşyalarının dəyərini ondan tam ödəməsini tələb edərək uşağı ilə onun ünsiyyət saxlamasına imkan vermir. O, İİ Qarabağ müharibəsi qazisi olaraq İİİ qrup əlil kimi aldığı pensiyasından hər ay tutulmaqla alimenti tam və qızıl-zinət əşyalarından olan borcundan hissə-hissə olmaqla ödənişlər edir. Lakin, maddi imkanı həmin qızıl-zinət əşyalarının dəyərinin tam ödənilməsinə çatmır. Hesab edir ki, Şəxs ona uşağı ilə görüşüb ünsiyyət saxlamağa imkan verməməsi qanunsuzdur. Ona görə də, icra sənədinin icrasını tam icra olunmasını tələb edir, əks halda Şəxs şikayətçidir və onun qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə icra məmurunu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərər çəkmiş şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs Saatlı Rayon Məhkəməsinin 06 avqust 2025-ci il tarixli 2(055)-929/2025 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsi zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimənin aşağı həddinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şəxs inzibati cəriməni ödəniş kartı və digər ödəmə alətləri vasitəsi ilə ödəyə biləcəyi, həmçinin də inzibati cərimə oluması barədə qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edəcəyi halda, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad olunacağı izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: xx xxx 2006-cı il təvəllüdlü Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Şəxs inzibati cəriməni ödəniş kartı və digər ödəmə alətləri vasitəsi ilə ödəyə biləcəyi, həmçinin də inzibati cərimə oluması barədə qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edəcəyi halda, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad olunacağı izah edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Şirvan Apellyasiya Məhkəməsinə” şikayət və ya protest verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(055)-958/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-958/2025
29.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver