Məhkəmə qərarları › İş №3(055)-961/2023

Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-961/2023

04.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-961/2023 04.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxx 2000-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Saatlı şəhəri H.Əliyev pr, döngə 18, ev 5-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 04 sentyabr 2023-cü il tarixli MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 05 avqust 2023-cü il tarixdə saat 18 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yaşadığı evin qarşısında aralarında yaranmış mübahisə zamanı baldızı Zərərçəkmiş şəxs yerdən götürdüyü daş parçası ilə vuraraq döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun baldızıdır. 2018-ci ildə X3i ilə ailə həyatı qurmuş və həmin evlilikdən onun iki övladı var. Əri ilə aralarında olan münasibətlərinin pozulması səbəbindən 27 iyul 2023-cü il tarixdən uşaqlarını da özü ilə götürərək Saatlı şəhəri H.Əliyev prospektində qonşuluqda yaşayan atası evinə getmişdir. Ayrıldıqdan sonra əri Ceyhun onu rahat yaşamağa qoymamışdır. 05 avqust 2023-cü il tarixdə saat 18 radələrində keçmiş baldızı Zərərçəkmiş şəxs onun yaşadığı evin küçəsindən keçərkən səsini eşidib həyət darvazasını açaraq onlara gəlmiş, həmin vaxt qızıl-zinət əşyaları üstündə aralarında mübahisə yaranmış, lakin Nuranəni döyməmiş, yerdən daş götürüb Nuranəyə atmaq istəsə də, anası imkan verməmişdir. vurmamışdır. Barəsində polisə edilmiş şikayət yalan və böhtandır. Ona görə də göstərdiklərinin nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, qardaşı Ceyhun Əliyevlə keçmiş gəlinləri Şəxs ayrıldıqdan sonra Şəxs iki uşağı ilə birlikdə onun atasıgillə qonşuluda yaşayır. 05 avqust 2023-cü il tarixdə saat 18 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yaşayan atası evinə gedərkən Şəxs anası Tacirə Əliyeva küçəyə çıxmış və onunla rastlaşmışdır. Həmin vaxt Tacirə onun anasının ünvanına nalayiq sözlər demiş, sonra həmin yerə Şəxs gəlmiş sonuncu onunla mübahisə edərək yerdən götürdüyü daş parcalarını ona tərəf atmış, daş onun sol qoluna və sol ayağına dəyərək xəsarət yetirmişdir. Bundan sonra döyülməsi barədə polisə şikayət ərizəsi yazmışdır. Hal-hazırda da Şəxs ilə barışmamış, ondan şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, 05 avqust 2023-cü il tarixdə saat 18 radələrində Saatlı şəhəri H.Əliyev prospektində Zərərçəkmiş şəxs ilə rastlaşmış, həmin vaxt ona qızı Şəxs ər evindən gələrkən qızıl-zinət əşyaları gətirmədiyini demiş, Nuranə isə ona nalayiq sözlər desə də Nuranə ilə dalaşmamışdır. Həmin vaxt onların səsinə qızı Şəhla onların yanın gəlsə də Nuranə ilə dalaşmamış, sonuncunu daşla vurmamışdır. Məhkəmə iclasında şahid X4 göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 05 avqust 2023-cü il tarixdə saat 18 radələrində arvadı Nuranə ona zəng edərək demişdir ki, X1 və Şəxs onu döyərək xəsarət yetirmişlər. O da dərhal evə gəmiş və arvadı Şəhlanın sol qolundan və sol ayağından xəsarətlər aldığını görmüşdür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin 07 avqust 2023-cü il tarixli 260 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarət-sol bazunun yuxarı 1\3-də bayır səthdə, sol budun aşağı 1\3də bayır səthdə qançırlar küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 05 avqust 2023-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarət ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. İş materiallarına əlavə olunmuş 17 avqust 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığına görə material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Saatlı rayon Polis Şöbəsinin İTB-sinə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş 04 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Şəxs son bir il ərzində inzibati məsuliyyətə cəlb olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, zərər çəkmiş şəxsi, şahidləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 05 avqust 2023-cü il tarixdə saat 18 radələrində Saatlı şəhəri H.Əliyev prospektində yaşadığı evin qarşısında aralarında yaranmış mübahisə zamanı keçmiş baldızı Zərərçəkmiş şəxs yerdən götürdüyü daş parçası ilə vuraraq ona fiziki ağrı yetirməklə dərəcəsi təyin edilməyən, sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin dispozisiyasına görə döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməməsini özünü müdafiə kimi qiymətləndirir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alıb barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar