Azərbaycan Respublikası adından QƏRARDAD Saatlı rayonu İş № 3(055)-969/2025 03.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Vüqar İnqilab oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 16 avqust 2025ci il tarixli EQ/ 29993922 saylı, 16 avqust 2025-ci il tarixli EQ/ 29986047 saylı, 16 avqust 2025-ci il tarixli EQ/ 29986451 saylı, 06 sentyabr 2025-ci il tarixli EQ/ 30453400 saylı və 20 sentyabr 2025-ci il tarixli EQ/ 30802929 saylı inzibati tənbeh vermə haqqında qərarlardan X2 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə, Müəyyənetdi: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 16 avqust 2025-ci il tarixli EQ/ 29993922 saylı, 16 avqust 2025-ci il tarixli EQ/ 29986047 saylı, 16 avqust 2025-ci il tarixli EQ/ 29986451 saylı, 06 sentyabr 2025-ci il tarixli EQ/ 30453400 saylı və 20 sentyabr 2025-ci il tarixli EQ/ 30802929 saylı inzibati tənbeh vermə haqqında qərarlardan Saatlı Rayon Məhkəməsinə şikayət vermişdir. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. X1 məhkəməyə ünvanladığı şikayətindən və şikayətə əlavə edilmiş sənədlərdən görünür ki, o, şikayət vermə müddətini buraxdıqdan sonra qeyd olunan inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi barədə Saatlı Rayon Məhkəməsinə şikayət vermişdir. Odur ki, X2 tərəfindən inzibati xəta haqqında qərarlardan verilmiş şikayət şikayət vermə müddəti keçdikdən sonra verildiyindən şikayət və şikayətə əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 109, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 16 avqust 2025ci il tarixli EQ/ 29993922 saylı, 16 avqust 2025-ci il tarixli EQ/ 29986047 saylı, 16 avqust 2025-ci il tarixli EQ/ 29986451 saylı, 06 sentyabr 2025-ci il tarixli EQ/ 30453400 saylı və 20 sentyabr 2025-ci il tarixli EQ/ 30802929 saylı inzibati tənbeh vermə haqqında qərarlardan X2 tərəfindən verilmiş şikayət və şikayətə əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №3(055)-969/2025
Saatlı Rayon Məhkəməsi Qərardad — İş №3(055)-969/2025
03.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver