Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-98/2023 24.01.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1979-cu il tarixdə Saatlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı şəhəri, Səməd Vurğun küçəsi ev 25-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə Saatlı rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 24 yanvar 2023-cü il tarixli İXP ******* saylı protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 15 dekabr 2022-ci il tarixdə 21:30 radələrində yaşadığı Saatlı şəhəri, Səməd Vurğun küçəsi ev 25-də yerləşən evin qarşısındakı küçədə sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi VAZ 21214 markalı ** MD *** dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsini Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2107 markalı ** LH *** dövlət nömrə nişanlı avtomobilin arx hissəsi ilə toqquşdurmuş, nəticədə avtomobilin sahibi Zərərçəkmiş şəxs 606 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, 15 dekabr 2022-ci il tarixdə 21:30 radələrində yaşadığı Saatlı şəhəri, Səməd Vurğun küçəsi ev 25-də yerləşən evin qarşısındakı küçədə sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi VAZ 21214 markalı ** MD *** dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsni Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2107 markalı ** LH *** dövlət nömrə nişanlı avtomobilin arx hissəsi ilə toqquşdurmuş, nəticədə avtomobilin sahibi Zərərçəkmiş şəxs 606 manat maddi ziyan vurmuşdur. Hazırda etdiyi əməldən peşman olmasının nəzərə alınıb ona köməklik edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, Şəxs 15 dekabr 2022-ci il tarixdə 21:30 radələrində yaşadığı Saatlı şəhəri, Səməd Vurğun küçəsi ev 25-də yerləşən evin qarşısındakı küçədə sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi VAZ 21214 markalı ** MD *** dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsini onun idarə etdiyi VAZ 2107 markalı ** LH *** dövlət nömrə nişanlı avtomobilin arx hissəsi ilə toqquşdurmuş, nəticədə ona 606 manat maddi ziyan dəymişdir. Materiala əlavə edilmiş cinayət işi başlanmasının rədd edilməsi haqqında 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, 15 dekabr 2022-ci il tarixli protokolua əsasən Şəxs sərxoşluq aşkar olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs 15 dekabr 2022-ci il tarixdə 21:30 radələrində yaşadığı Saatlı şəhəri, Səməd Vurğun küçəsi ev 25-də yerləşən evin qarşısındakı küçədə sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etdiyi VAZ 21214 markalı ** MD *** dövlət nömrə nişanlı avtomobilin qabaq hissəsini Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2107 markalı ** LH *** dövlət nömrə nişanlı avtomobilin arx hissəsi ilə toqquşdurmuş, nəticədə avtomobilin sahibi Zərərçəkmiş şəxs 606 manat maddi ziyan vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan inzibati xətaları törətməsində təqsiri özünün etirafı, zərər çəkmiş şəxsin izahatı, tərtib edilmiş inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsi və əməlindən səmimi peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına inzibati xəta törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin İXM-in 334.3-cü maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını nəzərə alıb Şəxs barəsində inzibati cərimə tənbehinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində cərimə edilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Mirlətif Sadıqov
Məhkəmə qərarları › İş №3(055)-98/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-98/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver