Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-991/2025 05.11.2025 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1992-ci il tarixdə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayon Orta Muğan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Saatlı Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında 05 noyabr 2025-ci il tarixli, MN ******* saylı protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Ağayev X2 Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qismən təmin edilmiş apellyasiya şikayəti üzrə Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(055)-1122/2024 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməmiş və hazırda üzərində ödənilməmiş 2800 manat borcu qalmışdır. Məhkəmə iclasında Saatlı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qismən təmin edilmiş apellyasiya şikayəti üzrə Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(055)- 1122/2024 saylı icra sənədi əsasında borclu Şəxs iki nəfər uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün 23 sentyabr 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimenti tələbkar X7 xeyrinə ödəməlidir. Həmin icra sənədinin icrası ilə bağlı icra və probasiya şöbəsində izahat vermiş borclu Şəxs bildirmişdir ki, nikahı pozulduqdan sonra hər ay dörd yüz manat olmaqla iki ay müddətində tələbkarın xeyrinə aliment ödəmiş, daha sonrakı yeddi ay müddətində tələbkarla barışaraq uşaqları ilə birlikdə onun evində yaşadıqları üçün aliment ödənişlərini dayandırmış, 03 oktyabr 2025-ci ildən tələbkar yenidən ondan ayrılaraq atası evinə getmiş və bundan sonra tələbkar barışaraq bir yerdə yaşadıqları müddət də daxil olmaqla alimentin ödənilməsini ondan tələb etməyə başlamış, o da, tələbkara bir yerdə yaşadıqları müddətdə olan alimenti ödəməyəcəyini demişdir. Bununla əlaqədar icra məmuru olaraq icra tədbirlərini davam etdirmiş, tələbkarın nümayəndəsi (atası) etiraf etmişdir ki, həqiqətəndə borclu ilə tələbkar 2025-ci ilin aprel ayından oktyabr ayınadək barışaraq bir yerdə yaşamışlar, lakin borclu tələbkarla bir yerdə yaşamadıqları yeddi ay müddətində olan alimenti borcunu ödəməlidir. Tələbkar isə 400 manat pulu olduğunu, qalan aliment borcunu ödəmək iqtidarında olmadığını demişdir. Ona görə də Şəxs barəsində hazırki inzibati xəta haqqında protokolu tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qismən təmin edilmiş apellyasiya şikayəti üzrə Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(055)-1122/2024 saylı icra sənədi əsasında ondan iki nəfər uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün 23 sentyabr 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X7 xeyrinə ödənilməlidir. O, qeyd edilən icra sənədinin icrasından və icra məmurunun çağırışından heç vaxt yayınmamışdır. Belə ki, nikahı pozulduqdan sonra hər ay ödəməli olduğu dörd yüz manat alimenti iki ay müddətində tələbkarın xeyrinə ödəmiş, daha sonrakı yeddi ay müddətində tələbkarla barışaraq uşaqları ilə birlikdə onun evində yaşamışlar. Həmin müddətdə ailənin bütün xərclərini ödəmişdir. Bu müddət ərzində tələbkarın şifahi razılığı ilə aliment ödənişlərini dayandırmışdır. Lakin, 03 oktyabr 2025-ci ildən tələbkar yenidən ondan ayrılaraq atası evinə getmiş və bundan sonra tələbkar ondan barışaraq bir yerdə yaşadıqları müddət də daxil olmaqla alimentin ödənilməsini tələb etməyə başlamış, o da, tələbkara bir yerdə yaşadıqları müddətdə olan alimenti ödəməyəcəyini demişdir. Bundan sonra icra məmuru onu icra şöbəsinə dəvət etmiş, o da icra məmuruna demişdir ki, iki ay müddətində ödədiyi və tələbkarla bir yerdə yaşadıqları yeddi ay müddətində ödəmədiyi aliment istisna olmaqla, qalan aliment borcunu ödəməkdən imtina etmir, həmin aliment borcundan 400 manat ödəniş etmək istəməsinə baxmayaraq tələbkar bu məbləği ondan qəbul etməyərək 2800 manat alimentin tam ödənilməsini tələb edir. O, tələbkarın tələb etdiyi aliment borcunu tam ödəmək iqtidarında deyildir. Ona görə də göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Saatlı Rayon Məhkəməsinin 07 oktyabr 2024-cü il tarixli, 2(055)-1122/2024 saylı qətnaməsinin surətindən görünür ki, Şəxs 09 aprel 2020-ci ildə doğulmuş X1 və 03 iyul 2021-ci ildə doğulmuş X4 adlı iki nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün 23 sentyabr 2024-cü il tarixdən başlanaraq hər ay hər bir uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınıb cavabdeh X7 xeyrinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2(106)-1923/2024 saylı qətnaməsinin surətindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilərək Saatlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(055)-1122/2024 saylı qətnaməsi mübahisələndirilən – alimentin məbləği hissəsində dəyişdirilmişdir və Şəxs hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, ümumilikdə hər ay 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq X9 ödənilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi ilə qismən təmin edilmiş apellyasiya şikayəti üzrə Saatlı Rayon Məhkəməsinin 25 yanvar 2025-ci il tarixli, 2(055)-1122/2024 saylı icra sənədindən görünür ki, borclu Şəxs iki nəfər uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün 23 sentyabr 2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimenti tələbkar X7 xeyrinə ödəməlidir. İş materiallarında olan 28 yanvar 2025-ci il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Saatlı Rayon Məhkəməsinin 25 yanvar 2025-ci il tarixli, 2(055)-1122/2024 saylı icra sənədi 28 yanvar 2025-ci il tarixdə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icraatına qəbul edilmiş və icraya başlanılmışdır. Tələbin könüllü yerinə yetirilməsi üçün borclu Şəxs 10 gün müddət verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilmişdir ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, fiziki, vəzifəli şəxslər və ya hüquqi şəxslər inzibati məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, 28 yanvar 2025-ci il tarixdə Saatlı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş Saatlı Rayon Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 2(055)-1122/2024 saylı icra sənədi üzrə borclu Şəxs hər ay ödəməli olduğu 400 manat aliment məbləğindən tələbkarın xeyrinə iki ay ödəniş etmiş, daha sonra borclu ilə tələbkar arasında barışıq yaranmış və onlar aprel ayından oktyabr aylna kimi birlikdə yaşamışlar, oktyabr ayında tələbkar yenə də borcludan ayrılmış, bundan sonra tələbkar borcludan barışaraq birlikdə yaşadıqları müddət də daxil olmaqla ödənilməmiş qalan aliment borcunun ödənilməsini tələb etməyə başlamışdır. Şəxs isə iki ay müddətində ödədiyi və tələbkarla bir yerdə yaşadıqları yeddi ay müddətində ödəmədiyi aliment istisna olmaqla, qalan aliment borcunu ödəməkdən imtina etməmiş, icra məmurunun çağrışlarından yayınmamış, hətta bu gün həmin aliment borcundan 400 manat ödəniş etmək istəməsinə baxmayaraq tələbkar bu məbləği ondan qəbul etməyərək alimentin tam ödənilməsini tələb etmişdir. Belə olan halda həmin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi halları aradan qalxmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü (inzibati məsuliyyətin əsasları) maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Göründüyü kimi insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə görə, yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1 və 53.0.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48, 53 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: xx xxx 1992-ci il təvəllüdlü Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya protesti verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №3(055)-991/2025
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-991/2025
05.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver