Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-994/2023 18.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mİl-X5 rəisi vəzifəsini icra edən X9 tərəfindən qəbul edilmiş 28 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mİl-X5 rəisi vəzifəsini icra edən X1 Yusif Əli oğlu tərəfindən qəbul edilmiş 28 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. X8 şikayətlə məhkəməyə müraciət edərək barəsində olan 28 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxs X6 izahatında göstərdi ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mİl-X5 rəisi vəzifəsini icra edən X9 tərəfindən qəbul edilmiş 28 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Özünü İXM-nin 447.0.3cü maddəsi ilə təqsirli bilir. Lakin cərimə məbləği ilə razı deyil.Həmin maddənin sanksiyasında cərimə məbləği 350 manatdan başlayır. Hesab edir ki, cərimə olunarkən bu hal nəzərə alınmamışdır. Bundan başqa, ilk dəfə inzibati xəta törətdiyi üçün ona xəbərdarlıq olunmalı halda edilməmişdir. Ona görə də göstərdiklərinin nəzərə alınıb barəsində olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mİl-X5 rəisi vəzifəsini icra edən X9 tərəfindən qəbul edilmiş 28 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mİl-X5 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması, eləcə də şikayətə dair mülahizə və vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mİl-X5 rəisi vəzifəsini icra edən X9 tərəfindən qəbul edilmiş 28 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, bu qərarla X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Məhkəmə X4 dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75.0-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir; inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) (75.0.1); inzibati xəta törətmişşəxs (75.0.2); inzibati xəta törətməkdəşəxsin təqsiri (75.0.3); inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar (75.0.4); inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı (75.0.5); inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar (75.0.6); işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait (75.0.7). Həmin Məcəllənin 447.0.3-cü maddəsinə görə istehlakçıların hüquqlarının pozulmasına, yəni standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Məhkəmədə işin halları araşdırılarkən müəyyən edildi ki, X2 təqsiri Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mİl-X5 rəisi X9 tərəfindən qəbul edilmiş 28 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarda öz təsdiqini tapmışdır. X6 da məhkəmə iclasında verdiyi izahatında özünü İXM-nin 447.0.3-cü maddəsi ilə təqsirli bilmişdir. Qərardan şikayət vermiş şəxsin cərimə məbləğinin yüksək olması və ona ilk dəfə xəta törətdiyinə görə xəbərdarlıq edilməməsi barədə dəlillərinə gəlincə, məhkəmə diqqətə çatdırır ki, əvvəla, İXM-nin 447.0.3-cü maddəsinin sanksiyasında xəbərdarlıq növündə tənbeh tətbiq edilməsi nəzərdə tutulmamışdır. İkinicisi də, Azərbaycan Respublikası İXM-nin 17-ci maddəsinin “Qeyd” hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi, X6 hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi (VÖEN **********-təndir evi şirniyyat mağazası) vergi ödəyicisi olaraq qeydiyyata alınaraq İXM-nin 17-ci maddəsinin tələbləri baxımından vəzifəli şəxs hesab olunduğundan və İXM-nin 447.0.3-cü maddəsinin sankiyasında vəzifəli şəxslərin 1500 manatdan 2000 manatadək cərimə olunması nəzərdə tutulduğundan şikayətin qeyd olunan dəliləri əsassızdır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mİl-X5 rəisi vəzifəsini icra edən X9 tərəfindən qəbul edilmiş 28 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunidir, işin faktiki hallarına uyğundur və iş üçün əhəmiyyətli hallar sübuta yetirilmişdir, inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mİl-X5 rəisi vəzifəsini icra edən X9 tərəfindən qəbul edilmiş 28 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğu üçün X2 verdiyi şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı Barəsində inzibati tənbeh tədbiri tətbiq edilmiş X2 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Mİl-X5 rəisi vəzifəsini icra edən X9 tərəfindən qəbul edilmiş 28 aprel 2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-994/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-994/2023
18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver