Azərbaycan Respublikası adından QƏRAR Saatlı rayonu İş № 3(055)-995/2023 11.09.2023 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Mirlətif Süleyman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, Protokol tərtib etmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1961-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonunun Qara Nuru kəndində qeydiyyatda olmaqla Saatlı rayonu Sarıcalar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Saatlı Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Saatlı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs 11 sentyabr 2023-cü il tarixdə, saat 02:05 radələrində yaşadığı Saatlı rayonunun Qara Nuru kəndində sərxoş vəziyyətdə qonşusunun həyətində ünvansız nalayiq söyüşlər söyərək polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Buna görə də Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında 11 sentyabr 2023-cü il tarixli MN № ******* protokol tərtib olunmuşdur. Məhkəmədə inzibati xəta haqqında protokolu tərtib etmiş X5 göstərdi ki, o, polis sahə rəisi vəzifəsində işləyir. X1 DİN-nin “102” xidmətinə daxil olmuş məlumatı əsasında 11 sentyabr 2023-cü il tarixdə saat 02:05 radələrində polis əməkdaşları X1 yaşadığı Saatlı rayonunun Qara Nuru kəndində yerləşən evinə getmiş, həmin vaxt X1 qonşusu Şəxs sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söydüyünü görmüşlər. Polis əməkdaşları Şəxs polis şöbəsinə dəvət edərkən sonuncu polisin qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Bununla əlaqədar Saatlı rayon Polis Şöbəsinin əməkdaşları raportla Saatlı Rayon Polis Şöbəsinə müraciət etmiş və tərəfindən Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək göstərdi ki, özünü tam təqsirli bilir. 11 sentyabr 2023-cü il tarixdə yaşadığı Saatlı rayonunun Qara Nuru kəndində onunla qonşuluqda yaşayan Samirə ilə aralarında mübahisə yaranmış, bu vaxt Samirə DİN-nin “102” xidmətinə zəng edərək bu barədə məlumat vermiş, o isə sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söyərək həmin ümvana gələn polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Əməlindən peşmandır. Ona görə də, məhkəmədən ona köməklik olunmasını xahiş etdi. X4 izahatında bildirdi ki, Saatlı Rayon Polis Şöbəsində polis sahə rəisi vəzifəsində işləyir. X1 DİN-nin “102” xidmətinə daxil olmuş məlumatı əsasında 11 sentyabr 2023-cü il tarixdə saat 02:05 radələrində digər polis əməkdaşları ilə birlikdə X1 yaşadığı Saatlı rayonunun Qara Nuru kəndində yerləşən evinə getmişlər. Həmin vaxt X1 qonşusu Şəxs sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söydüyünü görmüşlər. Şəxs ünvansız nalayiq söyüşlər söydüyü üçün onu polis şöbəsinə dəvət edərkən sonuncu onun və digər polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabeçilik göstərməmişdir. Ona görə də, Saatlı RPŞ-yə raportla müraciət edilmiş və Şəxs barəsində İXM-in 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. X2 digər X4nun izahatına uyğun izahat verdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, şahidləri, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək və iş materiallarını tədqiq edərək hesab edirəm ki, toplanmış sübutlarla Şəxs inzibati xətalar törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməllər düzgün olaraq İXM-in 510 və 535.1-ci maddələri ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alıram. Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal hesab edirəm. 11 sentyabr 2023-cü il tarixli, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyəti müəyyən edilmişdir. Şəxs sərxoş vəziyyətdə inzibati xəta törətməsini onun məsuliyyətini ağırlaşdıran hal hesab edirəm. Azərbaycan Respublikası İXM-in 34.3-cü maddəsinin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəktəsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İnzibati xəta haqqında işin məhkəmə iclasında tədqiq olunmuş hallarını, habelə Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətdiyini nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, İXM-in 510 və 535.1-ci maddələrinin müqayisəli tədqiqindən görünür ki, İXM-in 535.1-ci maddəsi ilə daha ciddi inzibati tənbeh tədbiri nəzərdə tutulmuşdur. İşin hallarını nəzərə alaraq hesab edirəm ki, Şəxs barəsində digər inzibati tənbehin tətbiq olunması inzibati tənbehin məqsədlərini təmin etmir və Şəxs barəsində İXM-in 535.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. İş materiallarında olan “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs 11 sentyabr 2023-cü il tarixdən saat 04:30 dəqiqədə inzibati qaydada tutulmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs barəsində olan həbs etmənin əvvəli tutulduğu gündən, yəni 11 sentyabr 2023-cü il tarixdən saat 04:30 dəqiqədən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 3, 9, 30, 31, 40, 43, 48-51, 76, 84, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 11 sentyabr 2023-cü il tarixdən saat 04:30 dəqiqədən hesablansın. Qərardan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(055)-995/2023
Saatlı Rayon Məhkəməsi Qərar — İş №3(055)-995/2023
11.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver