Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1/2025 15.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakim Nurəddin Abuzər oğlu Bağırov, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsinə dair Sabirabad Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN1060391№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2023-cü il tarixli MN1060391№-li inzibati xəta haqqında protokol Sabirabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilərək baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola dərhal baxılmalı olduğundan, protokol inzibati xəta haqqında iş materilları ilə birlikdə məhkəməyə təqdim edilmiş, barəsində iş üzrə inzibati icraat aparılan şəxs Şəxs isə məhkəməyə dəvət edilmişdir. Lakin o, 12 aprel 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak etmək üçün məhkəməyə gəlmiş olsa da, sonradan məhkəmə iclasında iştirak etmədən, məhkəmənin inzibati binasını tərk edərək getmişdir. Bu səbəbdən də Sabirabad rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 3(056)-446/2023№-li qərarı ilə onun məcburi gətirilmə tədbirinin tətbiq edilməsi və inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Sabirabad rayon Məhkəməsinin 15 may 2025-ci il tarixli 3(056)-01/2025№-li qərarı ilə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinə dair xx.xx.2023-cü il tarixli MN1060391№-li inzibati xəta haqqında protokola dair 3(056)-01/2025 saylı iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İş materiallarından aydın olur ki, Sabirabad rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarxili 3(056)-466/2023№-li qərarı ilə məhkəməyə daxil olmuş həmin xx.xx.2023-cü il tarixli MN1060391№-li Protokol əsasında Qasımov X1 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduğu halda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə göründüyü kimi, Sabirabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN1060391№-li Protokol əsasında Şəxs istinad edilən İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinə görə Sabirabad rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarxli 3(056)-466/2023№-li qərarı ilə onun barəsində eyni fakt üzrə artıq inzibati tənbeh tətbiq edildiyi üçün, hesab edirəm ki, həmin protokol əsasında onun barəsində başlanmış inzibati xəta haqqında icraata İXM-nın 53.1.7-ci maddəsi əsasında xitam verilməlidir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, hazırkı inzibati xəta haqqında protokolun tərtib edildiyi hal üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin qərarı olduğundan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nın 53.1.7-ci maddəsi əsasında xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Sabirabad Rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN1060391№-li Protokol əsasında Şəxs istinad edilən İXM-nın 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinə görə Sabirabad rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarxli 3(056)-466/2023№-li qərarı ilə onun barəsində eyni fakt üzrə inzibati tənbeh tətbiq edildiyi üçün, həmin protokol əsasında onun barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nın 53.1.7-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver