Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1000/2025 01.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi iştirakı ilə, şikayətçi (bərəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş) X3 iştirakı ilə X3 DİN BDYPİ-nin X6 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28366668 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: DİN BDYPİ-nin X6 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28366668 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərara əsasən xx.xx.1984-cü il təvəllüdlü X2 Xətalar Məcəlləsinin 353.2-ci maddəsində ( iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşması) nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, onun barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. X8 barəsində qəbul olunmuş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli EQ 28366668 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərarla razılaşmayıb, həmin qərardan şikayət verərək, qərarın və həmin qərarla tətbiq edilmiş 600 manat cərimə tənbeh növünün ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X8 barəsində qəbul olunmuş “Mercedes Benz AXOR 1843” yük markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı avtomaşın X4 məxsusdur. Həmin avtomaşını isə faktiki olaraq X8 idarə edir. xx.xx.2025-ci il tarixdə “Mercedes Benz AXOR1843” yük markalı, **-HA-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə İmişli şəhərindən, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən AKA İnşaat MMC-yə qum daşıması həyata keçirmişdir. Yola düşməzdən əvvəl, İmişli şəhərində yerləşən "xxxx" MMC-yə məxsus A-30 tipli tərəzidə avtomaşının yüklə birlikdə çəkisi ölçülmüş, 39580 kq yük müəyyən edilmişdir. Daha sonra yol boyu avtomobilin yanacaq çəninə 200 litr dizel yanacağı əlavə edilmişdir. Bakı şəhərinə hərəkət etdiyi zaman, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yolda quraşdırılmış avtomatik tərəzi vasitəsilə avtomaşının çəkisi 42910 kq göstərilmiş və İXM-nin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əsası ilə barəsində 600 (altı yüz) manat məbləğində cərimə protokolu (EQ********) tərtib olunmuşdur. Halbuki, yük təhvil verilən zaman AKA İnşaat MMC- nin tərəzisində yenidən çəkilmiş və avtomaşının yüklə birlikdə çəkisi 39860 kq müəyyən edilmişdir. Göründüyü kimi, İmişli şəhərindən çıxan zaman və Bakı şəhərində yük təhvil verilən zaman Avtomaşının yükü normaya tam uyğun olmuşdur. Yalnız Qaradağ rayonu ərazisində quraşdırılmış avtomatik tərəzidə yük maşınının çəkisi təxminən 3000 kq artıq yəni 42910 kq göstərilmişdir. Bu isə həmin tərəzidə yaranmış texniki nasazlıq və kalibrlənmə problemi səbəbindən yarana bilər. Əldə etdiyim müvafiq çəki sənədlərindən də görünür ki, çəki 40 (40000 kq) tonu keçməmişdir. Bu qərara istinadən maksimum 40 (40000 kq) tonu keçməmək şərti ilə yükdaşıma fəaliyyəti ilə daim məşğul olunmuşdur. Amma buna baxmayaraq ona 39580 kq çəkiyə görə əsassız cərimə yazılmışdır. Odur ki, barəsində olan inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və əsassız olaraq yazılmış cərimə silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş şikayətçi (bərəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş) X8 şikayəti müdafiə edib, şikayət ərizəsinə uyğun məzmunda izahat verərək, mübahisələndirilən xx.xx.2025-ci il tarixli EQ 28366668№-li inzibati tənbeh vermə haqqında elektron Qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, DİN BDYPİ-nin nümayyəndəsi məhkəmədə iştirak etməmişlər. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsaslanaraq, şikayətə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayətin dəlillərini araşdırıb və inzibati xəta haqqında işin materiallarını tədqiq edib, şikayətçinin izahatını dinləyərək məhkəmə hesab edir ki, şikayətçi X3 şikayəti əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, R.V.Cəfərov barəsində qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28366668 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərardan görünür ki, İXM-nın 353.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 600 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi üçün əsas kimi R.V.Cəfərovun xx.xx.2025-ci il tarixdə saat 02:46 radələrində idarə etdiyi **-HA-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ AXOR 1843 YÜK” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Bakı şəhər Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqaməti 47.9-cu km. hissəsində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsini pozmuşdur. İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin dispozisiyasına görə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi qeyd edilən İXM-nın 353.2-ci maddəsi ilə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəxslər altı yüz manat məbləğində cərimə edilir. İnzibati Xətalar Məcəlləsinin 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 6.2-cı maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən qanun vericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, R.V.Cəfərov xx.xx.2025-ci il tarixdə saat 02:46 radələrində idarə etdiyi **-HA-*** dövlət qeydiyyat nişanlı “MERCEDES BENZ AXOR 1843 YÜK” markalı avtomobilini icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etdiyi üçün, DİN BDYPİ-nin X6 haqlı olaraq xx.xx.2025-ci il tarixli EQ 28366668 nömrəli inzibati tənbeh vermə haqqında Elektron Qərar qəbul etmiş və həmin qərar qanuni və əsaslı olduğundan, qərarın ləğv edilməsinə dair şikayət əsassızdır və təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: DİN BDYPİ-nin X6 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli EQ 28366668 nömrəli inzibati tənbeh vermə haqqında Elektron X1 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməsin. Qərar rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1000/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1000/2025
01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver