Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1002/2024 18.07.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən, hakimi Nurəddin Abuzər oğlu Bağırov, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X7 baş əmək müfəttişi X8 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, Sabirabad şəhəri M.S.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN 1982206№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X7 baş əmək müfəttişi X12 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN 1982206№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə Şəxs Sabirabad rayonu Qalağayın kəndində X4 daxilində icarəyə götürdüyü və sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq rəhbərliyi həyata keçirən istehsalat sexində texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsini daşımasına baxmayaraq, həmin sexin işçisi X5 əməyin mühafizəsi üzrə biliklərini yoxlamadan, bununla da bu qaydaları pozaraq onu xx.xx.2024-cü il tarixdə, saat 11:00 radələrində xəmir yayan avadanlıqla işlərin görülməsinə buraxaraq, nəticədə qidaların istehsalı sexində xəmir yayan dəzgahın bunkerinə xəmir yükləyərkən, onun sağ əlinin dəzgahın bunkerinin daxilində hərəkətdə olan xəmiri ötürən çarxına ilişərək, dəzgahın daxilində sıxılması nəticəsində, X1 az ağır zərər vurulmasına səbəb olmuşdur. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 198.3-cu maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair xx.xx.2024-cü il tarixli MN 1982206№-li inzibati xəta haqqında Protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 198.3-cu maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlinin törətməsində özünü təqsirli bilməmiş və izhatında göstərmişdir ki, o, Qalağayın kəndində X4 daxilində icarəyə götürdüyü və sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq rəhbərliyi həyata keçirən istehsalat sexində texniki təhlükəsizlik və ya digər əmək mühafizəsi qaydalarına riayət edərək, hər gün işçilərlə texniki təhlükəsizlik təlimatına uyğun olaraq onları biliklərini yoxladıqdan sonra, işlərə buraxır. Qeyd ediləri nəzərə alaraq onun barəsində başlamış inzibat xəta haqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan şəxs Şəxs Sabirabad rayonu Qalağayın kəndində X4 daxilində icarəyə götürdüyü və sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq rəhbərliyi həyata keçirən istehsalat sexində texniki təhlükəsizlik və ya əmək mühafizəsi qaydalarına riayət edilməsi vəzifəsini daşımasına baxmayaraq, həmin sexin işçisi X5 əməyin mühafizəsi üzrə biliklərini yoxlamadan, bununla da bu qaydaları pozaraq onu xx.xx.2024-cü il tarixdə, saat 11:00 radələrində xəmir yayan avadanlıqla işlərin görülməsinə buraxaraq, nəticədə qidaların istehsalı sexində xəmir yayan dəzgahın bunkerinə xəmir yükləyərkən, onun sağ əlinin dəzgahın bunkerinin daxilində hərəkətdə olan xəmiri ötürən çarxına ilişərək, dəzgahın daxilində sıxılması nəticəsində, X1 az ağır zərər vurulmasına səbəb olmuşdur. İXM-nin 198.3-cü maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş üzrə toplanmış materialı nəzrdən keçirib hesab edirəm ki, Şəxs İXM-nın 198.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi barəsində tərtib olunmuş xx.xx.2024cü il tarixli MN1982206№-li protokolla, protokola əlavə olunmuş xx.xx.2024-cü il tarixli əmək təhlükəsizliyi tədqiqi ekspertizasının rəyi, xx.xx.2024-cü il tarixli tibbi-ekspert rəyi və inzibati xəta haqqında iş üzrə digər materiallarla tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 198.3-cü maddəsi ilə tövsif edilmişdir. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 198.3-cü maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini, həmçinin inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 198.3-cü maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh verilməsi daha məqsədəuyğun olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddəsi ni rəhbər tutaraq QƏRARA ALDİM: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti X3 daxil olmuş xx.xx.2024cü il tarixli MN 1982206№-li inzibati xəta haqqında Protokola əsasən Şəxs İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsində təqsirli bilinsin və onun barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1002/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1002/2024
18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver