Məhkəmə qərarları › İş №3(056)-1008/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1008/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1008/2023 04.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə xx.xx.1999-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad rayonu, Çöl-Dəllək kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon Məhkəməsinə Sabirabad rayon Polis Şöbəsindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair protokol və protokol ətrafında toplanmış material daxil olmuşdur. Daxil olmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü ildə «VAZ-2106» minik markalı **-BF-*** dövlət nömrə nişanlı avtomobillə Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, inzibati xəta törətmiş Şəxs təqsirli bilindiyi maddənin sanksiyasında inzibati həbs nəzərdə tutulmadığından və onun tərəfindən işə baxılmasını təxirə salmaq haqqında vəsatət daxil olmadığından inzibati materiala barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxıla bilər. Məhkəmə inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Protokola əlavə edilmiş portaldan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli EQ 12841221 saylı protokol üzrə Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi «VAZ-2106» minik markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmiş və hazırda dəbbə pulu ilə birgə cərimə borcu 64 manat təşkil edir. Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edərkən tənbeh tədbirinin həddini ilkin törədilmiş inzibati xətanın törədilməsindən hazırki zamandək keçən müddəti, ona ünvanlanmış rəsmi xəbərdarlıqdan sonra da barəsində tətbiq edilmiş cərimə tənbeh tədbirini icra etməməsini nəzərə almaqla müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-150-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması tənbeh tədbiri tətbiq edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar