Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1012/2025 13.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin Qaragüney PB-nin X1 sahə rəisi Telman İbrahimovun, zərərçəkimiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cü il tarixdə Sabirabad rayonu Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsili, Sabirabad rayonu Qaragüney kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməli törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN2226214№-li Protokola və iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin Qaragüney PB-nin X1 sahə rəisi Telman İbrahimov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN2226214№li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 il mübahisə edərək, onları vuraraq nəticədə onların sağlamlığına zərər vurmayan, dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. Bu əməlinə görə Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nın) 157-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanın törətməsinə dair Protokol tərtib edilərək inzibati xəta haqqında iş üzrə toplanmış materialla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ona istinad olunan İXM-nın 157- maddəsində nəzərdə tutlmuş inzibati xəta əməllərində özünü təqsirli bilməyib, izahatında göstərmişdir ki, xx.xx.2025-cı il tarixdə saat 15 radələrində uşaqlarını görmək üçün qayınatası Vidadi yaşadığı ünvana getmişdir. Orada olarkən uşaqlarını görmək istəmiş, qayınanası Aybəniz arvadı Aynur buna imkan verməmiş, söyüb hədələmişlər.Aybəniz əl atıb onun sifətini cızmaq istədikdə özünü qorumuş, o, özünü qorumaq üçün Aybənizin boyun hissəsindən itələmişdir. Hesab edir ki, onun əməllərində inzibati xəta tərkibi olmadığı üçün barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahatında bildirmişdir ki, xx.xx.2025-cı il tarixdə saat 18 radələrində kəndin içərsində yolda iş yoldaşı Könül ilə işdən gələrkən keçmiş Yalçının avtomobilini bir qədər bərk sürməsini görmüş, anası Aybənizə zəng edib uşşaqları yola buraxmamasını demişdir. Yalçın avtomobillə onlara yaxınlaşarkən yollarını dəymişlər. Bundan sonra onlar evə getmək üçün əvvəl getdikləri yola dönərkən Yalçın avtomaşınla üstünə gəlmiş, yanında olan Könül bunu görüb onu qorumaq üçün itələyərək yolun kənarındakı dərəyə salmış ki, avtomaşın ona dəyməsin. Bunu görən Yalçın avtomaşını saxlamış, Könülün üstünə qışqıraraq onu avtomaşınla vuracağını demişdir. Bundan sonra Yalçın Könülün ona mane yaratmasını görüb avtomaşından düşərək yük yerindən bıçaq gətirmiş, işə ona deməmiş getməyinə irad söyləmiş, bıçaqla onu vurmaqla hədələmişdir. Könül Yalçının bıçaq olan əlindən tutaraq itələmiş, bərk səslə qışqırmışdır. Anası Aybəniz səs küydən küçəyə çıxmış, onlara tərəf gəlmiş, Yalçın üstünə gələrkən Könül buna imkan verməmiş, Yalçın bıçaqla anası Aybənizə tərəf getməyə başlamış, bundan sonra Yalçının arvadı Şəhla onlara tərəf gəlmiş, Yalçının anası Esmira və atası Şakir həmin yerə gəlmişlər. Yalçının anası Esmira orada üstünə gəlib qulağındakı sırğadan tutmuş, onu təhqir etməyə başlamışdır.Mübahisə vaxtı orada Yalçın, valideynləri Şakir, Esmira Yalçının arvadı Şəhla, iş yoldaşı Könül, anası Aybəniz və sonradan adını bildiyi Akif olmuşlar. Şəxs ilə barışmadığını və onun barəsində “həbs” növündə inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 təqsirləndirlən şəxs Zərərçəkmiş şəxs1 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmiş və Şəxs ilə barışmadığını və onun barəsində “həbs” növündə inzibati tənbeh növünün tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında iş üzrə toplanmış materiallara əlavə edilmiş “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2025-ci il tarixli Qərarda əks olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Sabirabad rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli 105№-li tibbi rəyində qeyd olunur ki, müayinə olunan şəxs Zərərçəkmiş şəxs2 aşkar olunmuş xəsarətlər-sol qulağın xarici seyvanının sırğalıq hissəsində, sağ yanaq hissəsində, boyunun sağ yan səthində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xasarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində iş üzrə inzibati icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə saat 17 radələrində şəxsi münasibətlər zəmində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 il mübahisə etmiş və onları vurub, nəticədə onları sağlamlığına zərər vurmayan və dərəcəsi təyin edilməyən xəsarətlər yetirmişdir. İXM-nın 157-ci maddəsinə görə - döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxs və zərərçəkmiş şəxslər dinləyib və inzibati xəta haqqında iş üzrə toplanmış materialı araşdırıb hesab edirəm ki, Şəxs İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlini törətməsi “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2025-ci il tarixli Qərarda əks olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Sabirabad rayon Şöbəsinin xx.xx.2025-ci il tarixli 105№-li (canlı şəxsin ekspertizası) rəyi ilə, həmçinin toplanmış inzibati xəta üzrə işin digər materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin Şəxs inzibati xəta məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nın 157-ci maddəsi ilə tövsif edilmişdir. İş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə inzibati xəta törətmiş şəxsin zərərçəkmiş şəxsi vurmaması barədə göstərdiklərini əsassız hesab edirəm və onun bu cür izahatını inzibati məsuliyyətdən yayınmağa yönəldilmiş hərəkət kimi qiymətləndirirəm. Zərərçəkmiş şəxsin izahatını ekspert rəyinə və “cinayət işi başlanmasının rədd olunması haqqında” xx.xx.2025-ci il tarixli Qərarla müəyyən edilmiş işin araşdırılmış halları ilə uyğun gəldiyinə görə mötəbər hesab edirəm. Odur ki, İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq təqsirli Şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli və ona təqsirli bilindiyi İXM-nın 157-ci maddəsi ilə müəyyən edilmiş sanksiya həddində ədalətli tənbeh tətbiq edilməlidir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nın 31.4-cü madddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dördə birindən az ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini, təqsirinin dərəcəsini, zərərçəkmiş şəxslərin mövqeyini və İXM-nın 31.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edirəm ki, hazırkı iş üzrə İXM-nın 157-ci maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətmiş Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “cərimə” növündə tənbehlə deyil, məhz “həbs” növündə inzibati tənbeh verilməsi ilə, inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, Şəxs təqsirli bilindiyi İXM-nın 157-ci maddəsinin sanksiyası həddində 01 (bir) ay müddətinə “həbs” növündə inzibati tənbeh tətbiq edilməsi daha məqsədəmüvafiq olardı. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN2226214№-li inzibati xəta haqqında Protokol əsasında Nuruşov X2 Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlini törətməkdə təqsirli bilinsin və onun barəsində 01 (bir) ay müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs müddətinin başlanğıcı 12 iyun 2025-ci il tarixdən saat 17:20-dən hesablansın. Qərarın icrası Sabirabad rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1012/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1012/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver