Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1013/2023 04.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, xx.xx.1983-cü ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, Sabirabad şəhəri, M.Mirağaoğlu küçəsi ev 64A-da qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyən etdi: Sabirabad Rayon Məhkəməsinə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsindən xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokol və protokol əsasında toplanmış material daxil olmuşdur. Daxil olmuş protokoldan görünür ki, Şəxs «VAZ-21154 minik» markalı **-DL-*** dövlət nömrə nişanlı avtomobili ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərini pozduğundan barəsində Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə tərtib edilmiş protokol əsasında inzibati xəta haqqında iş üzrə qərarı qanuni qüvvəyə mindiyi gündən 3 (üç) ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Ödəniş portalından çıxarışdan görünür ki, Şəxs İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş qərar üzrə barəsində təyin edilmiş 40 manat cərimə məbləğini və hesablanmış 24 manat dəbbə pulunu, cəmi 64 manat məbləğində pulu dövlət nəfinə ödəmişdir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolu, ona əlavə edilmiş sənədləri və portaldan çıxarışı araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinin tərkibi olsa da, onun inzibati xəta üzrə yaranmış cəriməni və dəbbə pulunu iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyi nəzərə alınaraq Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən məsuliyyətdən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu iş üzrə məhkəmə qərər qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40-43, 48-51, 114, 128-130-cu və 529.3-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsinin Qeyd hissəsinin 1-ci bəndinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə inzibati məsuliyyətdən azad olunsun. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Sabirabad rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1013/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1013/2023
04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver