Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1018/2025 17.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, barəsində inzibati xəta üzrə icraat başlanmış şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Sabirabad rayonu, Məmişlər kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP7197117№-li Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsinin DYPB-nın YPX-nın inspektoru polis baş serjantı Nicat Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP7197117№-li İnzibati xəta haqqında Protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəməyə daxil olmuş xx.xx.2025-ci il tarixli İXP7197117№-li inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə qeyd olunur ki, barəsində inzibati xəta haqqında icraat başlanmış şəxs Şəxs xx.xx.2025-ci il tarixdə “Vaz 21063” minik markalı 58BA070 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Sabirabad şəhəri 20 yanvar küçəsində yerləşən “Cavad” Şadlıq Sarayı qarşısında saat 20:28-də müxtəlif avtoxuliqanlıq hərəkətləri edərək, bununla da İnzibati Xətalar Məcəlləsinin 511.1.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. Məhkəmə iclasında iştirak etmiş Şəxs, barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP7197117№-li İnzibati xəta haqqında Protokola etiraz edərək, etirazının əsası kimi onun “Vaz 21063” minik markalı 58BA070 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Cavad” Şadlıq Sarayı qarşısında müxtəlif avtoxuliqanlıq hərəkətlərinə yol vermədiyini, həmin an onun sol tərəfdə “Cavad” Şadlıq Sarayı qarşısında parklanmalı olduğu nəzərindən yayınaraq bunu unudmuş, lakin sonradan yaddaşı bir anlıq bərpa edildiyi halda o, dərhal əyləci basıb avtomobili saxladaraq yolun sol tərəfində olan avto dayanacağa hərəkətini davam edərək avtomobili orada parklamışdır. Əyləci dərhal basıb avtomobili saxlayarkən, avtomobilin arxa hissəsi yüngül olaraq sağ tərəfə qaçmışdır. Hesab edir ki, onun hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlləri olmadığı üçün, barəsində başlanmış inzibati xəta üzrə icraata xitam verilməlidir. İnzibati xəta haqqında Protokola baxılması ilə əlaqədar məhkəmə iclasının yeri va vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına və telefon vasitəsilə məlumat verilməsinə baxmayaraq, Sabirabad rayon Polis Şöbəsinin DYPB-nın YPX-nın inspektoru polis baş serjantı Nicat Həsənov məhkəmə iclasında iştirak etməmişdir. İnzibati Xətalar Məcəlləsinin 511.1 və 511.1.3-ci maddəsinin dispozisiyasına görə avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli şəkildə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması həmin maddədə nəzərdə tutulan inzibati xətanın tərkibini yaradır. Göründüyü kimi qeyd edilən İXM-nın 511.1.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin yaranması üçün əsas mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli şəkildə mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması halıdır. Hesab edirəm ki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-nın 511.1.3-ci maddəsi ilə nəzərdə tutulmuş xəta törətməsini, yəni onun tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli şəkildə “Vaz 21063” minik markalı 58BA070 dövlət qeydiyyat nişanlı avtomobili qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasını təsdiq edən sübutlar kifayət deyildir və mötəbər hesab edilməməlidir. Belə ki, Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP7197117№-li İnzibati xəta haqqında Protokola sübut növü kimi əlavə olunmuş DVD diskdə əks olunmuş video görüntüdən aydın olur ki, hərəkətdə olan “Vaz 21063” minik markalı 58BA070 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2025-ci il tarixdə saat 20:28-də Sabirabad şəhəri 20 yanvar küçəsində yerləşən “Cavad” Şadlıq Sarayı qarşısında dərhal əyləcin basılması ilə saxlanaraq və yolun sol tərəfində olan avtodayanacağa hərəkətini davam edərək sırada dayanıb parklanmışdır. Əyləcin dərhal basılması ilə avtomobil saxlanarkən, avtomobilin arxa hissəsinin yüngül olaraq sağ tərəfə qaçması müəyyən edilir. Beləliklə inzibati xəta materiala əlavə edilmiş DVD diskdə əks olunmuş video görüntüyə nəzər yetirərkən aydın şəkildə müəyyən edilir ki, Şəxs tərəfindən “Vaz 21063” minik markalı 58BA070 dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı İXM-nın 511.1.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlaməti ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli şəkildə avtomobilin qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması halları təsdiq edilmir. Belə ki, məhkəmə araşdırılması zamanı Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəməyə göndərilmiş inzibati xəta haqqında iş üzrə toplanmış materialla sübuta yetməmişdir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.1 və 53.1.2-ci maddələrinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə də, təsvir olunanlara əsasən Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli İXP7197117№-li Protokol üzrə Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün, onun barəsində İXM-nın 511.1.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 114, 122 və 128-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Sabirabad rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli İXP7197117№-li Protokola əsasən Şəxs əməllərində İXM-nın 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün, həmin maddə ilə o, inzibati məsuliyyətdən azad olunsun və qeyd olunan protokol üzrə onun barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən on gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1018/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1018/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver