Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1019/2025 17.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs, Sabirabad RPŞ-nin Qaragüney PB-nin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 10 avqust 1997-ci ildə Sabirabad rayonunun Cəngən kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, İİ qrup əlil, fərdi əməklə məşğul olan, Sabirabad rayonunun Cəngən kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə Müəyyənetdi: Sabirabad rayon Polis şöbəsinin Qaragüney PB-dən daxil olmuş inzibati xəta haqqında materiala görə, Şəxs xx.xx.2025-ci il tarixində müayinə olunan zaman narkotik maddədən istifadə etməsi müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında prorokolu tərtib etmiş şəxs, Sabirabad RPŞ-nin sahə rəisi X3 izahat verərək bildirdi ki, o, inzibati xəta haqqında protokolu cinayət işinin başlanmasının rədd edilməsi haqqında Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Mirfərid Həsənlinin xx.xx.2025-ci il tarixli qərarı əsasında tərtib etmişdir. Həmin qərarla Şəxs əməlində cinayət tərkibinin olmaması qərara alınmış, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi RPŞ-nin İTB-nə tapşırılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, işlətdiyi kafedə olarkən ona polis əməkdaşları yaxınlaşmış, narkotik vasitə istifadə ilə bağlı onlarda məlumat olmasını bildirib onu şöbəyə dəvət etmişlər. Şöbədə olarkən onunla profilaktiki söhbət aparılmış və o, Müharibədə xəsarət aldığına görə bəzən ağrılarının azalması üçün narkotik vasitə istifadə etdiyini səımimi etiraf etmişdir. Bundan sonra onu yoxlamadan keçirmişlər. Bildirdiyi kimi, o, Müharibə iştirakçısı olmaqla aldığı qəlpə xəsarəti ilə əlaqədar İİ qrup əlil statusunu əldə etmişdir. Onun ağrıları bəzən şiddətsiz olur. İstifadə etdiyi narkotik tərkibli dərmanlar bəzən təsir etmədiyi üçün o, aradan narkotik istifadə etmişdir. Artıq özünü narkotik vasitə qəbul etməməyə məcbur etmiş və qismən nail olmuşdur. Hazırda özünü təqsirli bilir və əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Ailəli olmaqla ailəsinə yeganə qazanc gətirən şəxsdir. Göstərdiklərinə əsasən o, məhkəmədən barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini xahiş edir və söz verir ki, bir daha narkotik vasitəyə yaxın getməyəcəkdir. Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis kapitanı Mirfərid Həsənli tərəfindən qəbul edilmiş «cinayət işi başlanılmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinə əsasən, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını, ailəsinə yeganə qazanc gətirən şəxs olmasını və sağlamlıq vəziyyətini məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə yuxarıda qeyd olunan halları nəzərə alaraq belə qənaətə gəlir ki, İnzibati Xətalar Məcəlləsinin pozuntusuna yol verilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əlilliyi ilə səbəbi ilə tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Bu əsasla onun barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1019/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1019/2025
17.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver