Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-102/2024 18.01.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1, Quliyev Mətin Azər oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs - Sabirabad RPŞ-nin X3 sahə rəisi, polis baş leytenantı X4, Barəsində inzibati xəta üzrə icraat başlanmış şəxs X5 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Kovlar kəndində qeydiyyatda olmaqla yaşayan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli MN2026055№-li inzibati xəta haqqında Protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2024-cü il tarixli MN 2026055№-li inzibati xəta haqqında Protokola və inzibati xəta haqqında iş üzrə toplanmış materiala görə X8 xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu, Kovlar kəndində qonşusu Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı, sonuncunu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X8 ona istinad olunan İXM-nın 510-cu maddəsində nəzərdə tutlmuş inzibati xəta əməlində özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Zərərçəkmiş şəxslə əvvəllər münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Hətta Mircəmil ilə bir sinifdə oxumuşdur. O, Kovlar kəndində M.Tağıyev adına tam orta məktəbin gözətçisi işləyir. Gündüz vaxtları məktəbin həyətinə kəndin heyvanlarının girməsinə görə heyvanları həyətdən çıxarmışdır. Əksər vaxtlarda Mircəmil atını, inəklərini və qoyunlarını qəsdən məktəbin həyətinə keçirmiş və küçəyə çıxarmışdır. xx.xx.2023-cü il tarixdə Mircəmilin qoyunları məktəbin həyətinə keçmiş, oğluna çıxartdırmış, həmin günü təkrar saat 18 radələrində özü yenə də qoyunları çıxarıb Mircəmilin küçəsinə ötürmüş, həmin vaxt Mircəmili kənardan öz həyətində görmüş, Mircəmilə hücum etməmiş, nə də söyməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Tariyel Ağayev onunla bir kənddə yaşayır, əvvəllər münasibətləri yaxşı olmuş, aralarında heç bir münaqişə olmamışdır. Tariyel hazırda yaşadığı kənd tam orta məktəbdə gözətçidir, son günlərdir münasibətləri yoxdur. Mütəmadi olaraq məktəbin həyətinə kəndin inəkləri girir, özü də məktəbdə olmur. Ona məxsus 4 baş qoyunları vardır, təsadüfən xx.xx.2023-cü il tarixdə saat 16 radələrində məktəbin həyətinə girməsinə görə qoyunlarını axtarmış, küçələrinə qayıdarkən Tariyelin onun həyətindən çıxmasını görmüşdür. Tariyelə yaxınlaşarkən onu nalayiq söyüşlərlə söymüşdür. Hazırda o, Taryelin 3 uşağı olmasını nəzərə alaraq məhkəmədən onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında iş üzrə toplanmış materiala əlavə edilmiş Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Fikrət Bağırovun “cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli Qərarın məzmunundan görünür ki, Zeynalabdin Məmmədli tərəfindən xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu, Kovlar kəndində qonşusu Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı, sonuncunu nalayiq ifadələrlə söyüb təhqir etməsi ibtidai araşdırma zamanı izahat vermiş Zərərçəkmiş şəxs izahatı ilə təsdiq edilmişdir. İş üzrə təqdim edilmiş sübutları bir-biri ilə müqayisəli şəkildə təhlil etməklə, hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə görə qiymətləndirməklə barəsində inzibati xəta üzrə icraat başlanmış Şəxs zərərçəkmiş şəxsi söyüb təhqir etməməsi barədə göstərdiklərini əsassız məhkəmə hesab edir və onun bu cür izahatını inzibati məsuliyyətdən yayınmasına yönəldilmiş hərəkət kimi qiymətləndirir. Zərərçəkmiş şəxsin izahatını isə məhkəmə inzibati xəta haqqında iş üzrə toplanmış materiallarla müəyyən olunmuş hallara uyğun gəldiyinə görə mötəbər hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz və hərtərəfli qiymət verərək belə nəticəyə gəlir ki, X5 xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu, Kovlar kəndində qonşusu Zərərçəkmiş şəxs arasında yaranmış mübahisə zamanı sonuncunu nalayiq ifadələrlə söyüb təhqir etməklə İXM-nın 510-cu maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli olması zərərçəkmişin ifadəsi, inzibati xəta haqqında protokolla, “cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli Qərarın məzmununda əks olunmuş izahatlar və inzibati iş üzrə toplanmış digər materiallarla tam sübuta yetirilir. Qeyd edilən maddə ilə müəyyən olunmuş əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin X5 inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq İXM-nin 510-cu maddəsi ilə tövsif edilmişdir. Odur ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. İXM-nın 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə İXM-nın 510-cu maddəsi ilə müəyyən olunan inzibati xəta əməli törətməkdə təqsirləndirilən Şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ “həbs” növündə tənbehlə deyil, məhz “cərimə” növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Ona görə də, zərərçəkmiş şəxsin dəmövqeyi nəzərə alınmaqla Şəxs təqsirli bilindiyi İXM-nin 510-cu maddəsinin sanksiyası həddində 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-102/2024
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-102/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver