Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1021/2025 08.07.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X4 oğlunun katibliyi, X1 və inzibati xəta haqqında protokol tərtib etmiş Sabirabad RPŞ-nin YPXB-nin polis serjantı X7 iştirakı ilə, X5 Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad RPŞ-nin YPXB-nin baş leytenantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad RPŞ-nin YPXB-nin baş leytenantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X9 Azərbaycan Respublikasının İXM-nın 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinmişdir. X9 barəsində qəbul edilmiş yuxarıda qeyd olunan inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, «VAZ 21074 minik» markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur. Avtomobili faktiki olaraq özü idarə edir. xx.xx.2025-ci il tarixində «VAZ 21074 minik» markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sabirabad şəhərində hərəkətdə olarkən Sabirabad RPŞ-nin Yol polisi əməkdaşları tərəfindən barəsində İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əsası ilə 100 manat məbləğində cərimə protokolu (İXP 7058135) tərtib edilmişdir. Halbuki, o, heç bir qayda pozuntusuna yol verməmişdir. O, barəsində tərtib olunmuş protokola əsas olan görüntünü polis əməkdaşlarından tələb etsə də, ona görüntü göstərməkdən imtina etmişlər. Buna baxmayaraq, ona guya 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək qaydanı pozmasına görə əsassız cərimə yazılmışdır. Odur ki, o, həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Sabirabad RPŞ-nin YPXB-nin polis serjantı X11 bildirdi ki, inzibati xəta haqqında protokol onun tərəfindən tərtib edilmişdir. Protokolun tərtib edilmə tarixindən də göründüyü kimi, protokolun tərtib edilməsindən 2 aydan artıq vaxt keçmişdir. Pozuntu onun xidmət etdiyi avtomobildə mövcud olan texniki vasitə ilə aşkar edilsə də, aşkar edilmiş pozuntularla bağlı görüntülər həmin texniki vasitənin yaddaşında 1 ay saxlanılır və daha sonra avtomatik silinir. O, keçən iclasda Bölmədə bu işlə bağlı hər hansı sübutun qalıbqalmadığının araşdırılması məqsədi ilə iclasına təxirə salınmasını xahiş etmiş, araşdırma zamanı müəyyən edilmişdir ki, şikayətçi mövcud protokol və qərar üzrə cərimə məbləğini ödəmişdir. Bu barədə sistemdən çıxarış etmiş və hazırda həmin çıxarışı məhkəməyə təqdim edir. Əlavə olaraq onu da bildirir ki, əgər şikayətçi həqiqətən də pozuntunun olmadığından əmin olmuş olsa idi, ən azı protokol tərtib edildikdən sonra Bölməyə yaxınlaşa və ya yuxarı orqana şikayət edə bilərdi. Lakin belə bir hal da olmamışdır. Odur ki, o, şikayətin təmin edilməməsini xahiş edir. Şikayətçi X2 RPŞ-nin YPXB-nin polis serjantı X7 izahatına münasibətdə bildirdi ki, göründüyü kimi, polis əməkdaşı hər hansı görünütünü təqdim edə bilməmişdir. İstinad etdiyi cərimənin ödənilməsi halına gəldikdə isə o, həmin cəriməyə görə hər hansı ödəniş etməmişdir. Yəqin ki, cərimə məbləği sübutları olmadığına görə özləri tərəfindən ödənilmişdir. Ona görə də o, şikayətin təmin edilməsini xahiş edir. Məhkəmə Sabirabad RPŞ-nin YPXB-nin baş leytenantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı və təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız hesab edilərək təmin edilməməlidir. Belə ki, hazırda məhkəməyə təqdim edilmiş DİN-in DYP portalından çıxarışdan görünür ki, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar üzrə 100 manat cərimə məbləği ödənilmişdir. Belə olan halda məhkəmə bu qənaətə gəlir ki, şikayətçi barəsində tətbiq edilmiş tənbehlə razılaşmışdır ki, tənbeh icra edilmişdir. Şikayətçinin cərimənin onun tərəfindən ödənilməmiş olması barədə arqumentinə gəldikdə isə məhkəmə hesab edir ki, iş materiallarında cərimənin kim tərəfindən ödənilməsi barədə sübut mövcud olmasa da, artıq icra edilmiş qərarın əsassız hesab edilərək ləğv edilməli olmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsinə uyğun olaraq inzibati xəta haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi əsasları müəyyən edilmədiyi üçün həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsaslaraq qərarın dəyişdirilmədən saxlanması haqqında qərar qəbul edilməsini məhkəmə əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134, 135, 133 - 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İXM-nın 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad RPŞ-nin YPXB-nin baş leytenantı X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli nömrəli inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayət təmin edilməsin və qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada əlkdə edildiyi gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1021/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1021/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver