Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1022/2025 19.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlu, X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin tərtib etdiyi 16 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və onun əsasında qəbul edilmiş qərardan verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin barəsində tərtib etdiyi 16 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş sənədlərə baxış zamanı məhkəmə tərəfindən X1 qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürdüyü, lakin həmin müddətin üzrlü səbəbdən ötürüldüyü barədə hər hansı sənədi, o cümlədən müddətin bərpa edilməsinə dair vəsatəti şikayət ərizəsinə əlavə etmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Bundan əlavə X4 tərəfindən barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 16 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı iş materiallarına əlavə edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə inzibati xəta haqqında iş üzrə protokoldan deyil, qərardan şikayət verilməsi hüququ göstərilmiş, həmçinin belə şikayətə baxılması qaydası öz əksini tapmışdır. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 16 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə edilmiş sənədlər natamam olduğundan X3 qaytarılmalı və şikayətçiyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 16 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Yuxarıda qeyd olunanlara və AR İXM-nin 109-cu maddəsinin tələblərinə əsasən məhkəmə QƏRARA ALDİ: X4 tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin tərtib etdiyi 16 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlər natamam olduğundan X3 qaytarılsın. X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin 16 may 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarı şikayətə əlavə edərək şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. HAKİM : Cavid Cəfərov
Məhkəmə qərarları › İş №3(056)-1022/2025
Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1022/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver