Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1023/2023 27.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati protokolu tərtib etmiş şəxs Sabirabad rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1964-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, Sabirabad rayonu Əhmədabad kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli MN 1896993№-li inzibati xəta haqqında Protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYY ƏN ETDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis Şöbəsindən Məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli MN 1896993№-li inzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayon Məhkəməsinin qarşısında Zərərçəkmiş şəxs söyüb təhqir etmişdir. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış şəxs Şəxs izahatında göstərdi ki, onun 60 yaşı vardır və bu yaşına qədər heç bir qadına qarşı kobud rəftar etməmişdir. Zərərçəkmiş şəxsin dedikləri şər və böhtan xarakterlidir. O, bundan əlavə uca səslə belə danışmamışdır. Hazırda heç bir inzibati xəta törətmədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatında olan mülki işə baxılıb məhkəmə iclası təxirə salındıqdan sonra Şəxs “məni işdən çıxara bilməzsən və səni öldürəcəm” kimi ifadələrdən istifadə edərək onun əri və onun üzərinə hücum çəkmişdir. Bundan əlavə Şəxs onu əxlaqsız, savadsız və digər dilə gətirilməsi mümkün olmayan ifadələrlə söyüb təhqir etmişdir. Hazırda Şəxs şikayətçidir, onunla barışmamışdır. Odur ki, Şəxs barəsində qanunamüvafiq inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 oxşar məzmunlu izahat verərək Zərərçəkmiş şəxs izahatında göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, zərərçəkmişin əri Əhədlə yaxın münasibəti vardır. O, Əhədlə birgə olarkən Əhədin arvadı Nəsibə müəllimənin adına gəlmiş məhkəmə bildirişində uzun müddətdir axtardığı vəkil Ruslan Mirzəyevin adını görmüş və Ruslanla görüşmək üçün onlarla birlikdə xx.xx.2023-cü ildə məhkəməyə gəlmişdir. İş qurtardıqdan sonra o, zaldan çıxan vəkilə yaxınlaşmış və vəkilə yaxınlaşan zaman Muradın arxa tərəfdən müəlliməni əxlaqsız söyüşlərlə təhqir etməsini eşitmişdir. Bundan sonra o, oradan getmiş və sonradan nə olması barədə məlumatı olmamışdır. Bundan sonra barəsində inzibati icraat aparılan şəxs təkrarən izahat verərək dindirilmiş şahidlərin Zərərçəkmiş şəxs yaxın adamlar olduqlarını qeyd edərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Şəxsla birlikdə məhkəməyə gəlmiş, həmin gün məhkəmə iclasından sonra Muradəli vəkillə mübahisə etdi. Murad isə Nəsibə müəlliməyə qarşı heç bir təhqiramiz ifadələr işlətməmişdir. Nəsibə müəllimə məhkəməni uduzacağını bildiyindən Muradı şərləyir. Məhkəmə iclasında iştirak edən şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN 1896993№-li inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinın tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Şəxs zərərçəkmiş şəxsi söyüb təhqir etməməsi barədə dediklərini özünümüdafiə xarakterli ifadələr hesab edir və onun inzibati məsuliyyətdən yayınmasına yönəldilmiş hərəkət kimi qiymətləndirir. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənın əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmış Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və həmin Məcəllənin 33-cü maddəsi ilə göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, İXM-nin 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və işin digər hallarını nəzərə almaqla, barəsində inzibati həbs tənbeh növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Bununla yanaşı, məhkəmə həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edərkən qanunvericiliklə müəyyən edilmiş cərimə məbləğinin həddinin təkrarən işin yuxarıda sadalanan halları nəzərə almaqla maksimum həddə təyin edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib 100 (bir yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1023/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1023/2023
27.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver