Məhkəmə qərarları › İş №3(056)-1024/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1024/2023

28.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1024/2023 28.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs, Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Sabirabad rayonu, Kovlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sabirabad rayonu, Kovlar kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və həmin protokol əsasında toplanmış materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon Məhkəməsinə Sabirabad rayon İcra və X5 Ataməli Rəfail oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Sabirabad rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 protokolun məzmununa uyğun izahat verərək göstərdi ki, Sabirabad Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli, 2(056)-1857/2018 saylı icra vərəqəsinə əsasən Şəxs 06 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi və alimentin bu qaydada tutulmasının 18 oktyabr 2018-ci il tarixdən hesablanması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1382/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 xeyrinə verilməsi qət edilmişdir. Borclu borcunu ödəməkdən qərəzli olaraq yaranmışdır. Tələbkar borcun ödənilməsinin təmin edilməsi ücün borclunun barəsində tədbir görülməsini tələb etdiyi ücün inzibati xəta haqqında protokol tərtib etmişdir. İşə məhkəmədən baxılarkən borclu tərəfindən tələbkarlara olan borc tam şəkildə ödənilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə vermiş olduğu izahatında göstərdi ki, həqiqətən də Sabirabad rayon məhkəməsinin 18 dekabr 2018-ci il tarixli, 2(056)-1857/2018 saylı icra vərəqəsinə əsasən ondan 06 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi və alimentin bu qaydada tutulmasının 18 oktyabr 2018-ci il tarixdən hesablanması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1382/2022 saylı icra vərəqəsinə əsasən xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X4 xeyrinə verilməsi qət edilmişdir. Hazırda o, tələbkarlara olan borcunu tam şəkildə ödəmişdir. Göstərdiklərinə əsasən o, barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəməyə vermiş olduğu izahatında göstərdi ki, Sabirabad Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli, 2(056)-1857/2018 saylı icra vərəqəsinə əsasən Şəxs 06 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. İcra sənədi vaxtında və lazımi qaydada tam icra edilmədiyi ücün icra məmurundan müvafiq tədbir görülməsini xahiş etmişdir. Hazırki ona yaranmış 520 manat borc tam şəkildə ödənilmişdir. Ona görə də o, borclu barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməsinə etiraz etmir. Sabirabad Rayon Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli, 2(056)-1857/2018 saylı icra vərəqəsinin surətindən görünür ki, Şəxs 06 avqust 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi və alimentin bu qaydada tutulmasının 18 oktyabr 2018-ci il tarixdən hesablanması qət edilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1382/2022 saylı icra vərəqəsinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdən etibarən xx.xx.2020-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq X4 xeyrinə verilməsi qət edilmişdir. Məhkəməyə təqdim edilmiş ödəniş qəbzindən və tələbkar Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, tələbkarlara yaranmış borc tam şəkildə ödənilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına görə «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən cəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi» bu maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradır. Həmin Məcəllənin 528.1-ci maddəsinin Qeyd hissəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədi üzrə tələbkarlara olan borcunu hazırki inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyindən onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən xitam verilməli və o, inzibati məsuliyyətdən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31, 40,43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar