Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1027/2023 29.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Sabirabad rayonu, Yolçubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sabirabad rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu, Yolçubəyli kəndində yerləşən "xxxx" MMC-yə məxsus 100 metr uzunluğunda TPP 30x2 markalı telefon naqilini oğurlamaqla sonuncuya ümumilikdə 45 manat məbləğində ziyan vurmuşdur. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, heç bir yerdə işləmir. Narkotik maddələrin audəçisidir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə yaşadığı Sabirabad rayon Yolçubəyli kəndində həmkəndlisi X1 ilə axşam saatları idi evə gedərkən görmüşlər ki, kənd ərazisindən keçən Aztelekom MMC-yə məxsus təxminən 100 metr internet kabeli yolun kənarda olan dirəkdən sallanmış vəziyyətdədir. Onlar ətrafda heç kimin olmadığını müşahidə etdikdən sonra həmin kabeli kəsib götürərək oradan uzaqlaşmışlar. Sonra onlar kabeli tanımadıqları metal dəmir yığan şəxsə satmışlar. Hazırda etdiyi əməldən peşmandır. Birdə bele hallara yol verməyəcəyinə söz verir. Dəymiş ziyanı da ödəməyə hazırdır. Zərərçəkmiş şəxsin nümayəndəsindən üzrxahlıq edir və onlar barəsində şikayətçi olmaması və ziyanın ödənilməsi barədə ərizə tərtib edilib məhkəməyə təqdim edilməsini xahiş edir. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, oğurluq barədə DİN-in 102 xidmətinə şikayəti özü etmişdir.Bildirir ki. hazırda Aztelekom MMC-nin X3 Filialının Sabirabad şöbəsində Aztelekom MMC-nin Sabirabad şöbəsində sektor mühəndisi vəzifəsində çalışır. Sabirabad RPŞ-yə və xx.xx.2023-ci il tarixdə idarəyə məxsus kabellərin naməlum şəxslər tərəfindən oğurlanması ilə bağlı olaraq daxil olan məlumatla tanış olmuşdur. Bununla bağlı olaraq deyə bilər ki, son zamanlar mütamadi olaraq rayonun inzibati ərazisində internet kabelləri oğurlanmış və bununla bağlı Sabirabad RPŞ-yə məktublar ünvanlanrmşdır. Sonuncu dəfə Yolçubəyli kəndində olan əraziyə baxış keçirilən zaman yolun üzərində olan "xxxx" MMC-yə məxsus 100 metr TPP 30X2 kabeli naməlum şəxs tərəfindən kəsilərək aparılmış və bununla bağlı RPŞ-yə məktublar ünvanlanmışdır. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs qarşı şikayətçidir və onun barəsində sərt tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə izahatları dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını və ilk dəfə inzibati xəta törətməsini, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cəzasını ağırlaşdıran hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş alternativ inzibati tənbehlə (ictimai işlər növündə tənbehlə) deyil, yalnız inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilmiş əməl üzrə zərər çəkmiş şəxsin ondan şikayətçi olması, dəymiş ziyanın ödənilməməsi, həmçinin maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ tənbeh tədbirinə (ictimai işlər) münasibətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməklə məşğul olmağa laqeyd münasibətdə olması və laqeyd yanaşması halı nəzərə alınmalıdır. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrində tutulmuş, bu barədə həmin tarixdə tutma protokolu tərtib edilmiş, o, Sabirabad RPŞ-də saxlanılmış, xx.xx.2023-cü il tarixində, saat 17:00 radələrində isə azad edilmişdir. Ona görə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 1 gün inzibati qaydada həbsdə saxlanılması nəzərə alınaraq, həmin müddət ona təyin ediləcək cəza müddətindən çıxılmaqla barəsində qəti müddətə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikasının İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində 23 (iyirmi) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:00 radələrindən xx.xx.2023-cü il tarixində, saat 17:00 radələrinədək, yəni 1 gün müddətinə Sabirabad RPŞ-nin MSY-də saxlanılması nəzərə alınaraq üzərində qəti olaraq 22 (iyirmi iki) gün müddətinə inzibati qaydada həbs tənbeh tədbiri saxlanılsın. İnzibati həbsetmə müddətinin əvvəli tutulduğu 29 iyul 2023-cü il tarixdən saat 12:40-dan hesablansın. Qərarın icrası Sabirabad rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(056)-1027/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1027/2023
29.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver