Məhkəmə qərarları › İş №3(056)-1027/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1027/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1027/2025 19.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Cavid Zahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1958-ci il tarixdə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, Sabirabad şəhəri, İbrahimov küçəsi, ev 17 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş 19 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 29 may 2025-ci il tarixdə Sabirabad şəhərində Zərərçəkmiş şəxs döymüş və bununla da AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Sabirabad RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilməyərək bildirdi ki, Zərərçəkmiş şəxs onun gəlinidir, oğlu Aqşin Quliyevin həyat yoldaşıdır. Nərminə 2025-ci ilin yanvar ayında Aqşinlə ailə qurmuş, mart ayında evinə gəlmişdir. Mart ayından bəri Narminə onunla birgə təsərrüfatda yaşamışdır. Həmişə Nərminə ilə mehriban münasibət yaratmışdır. Oğlu Aqşin hazırda Rusiya Federasiyasında olduğundan mütəmadi Aqşinlə telefon əlaqəsi olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində binadakı evinə getmiş, Nərminə də onun arxasınca gəlmiş, Nərminədən arxasınca gəlməsinin səbəbini soruşmuş, təxminən 15 dəqiqə sonra M.İbrahimov küçəsindəki evinə qayıtmışdır. Mobil telefonunun format olunmasını və bütün nömrələrin silinməsini hiss etmiş, Nərmindən səbəbini soruşmuş, buna görə evin içərisində mübahisələri olmuş, Nərminənin əlindən mobil telefonu almışdır. 29.05. 2025-ci il tarixdə səhər saatlarında Nərminə evdan çıxıb hara getdiyini bilməmiş, axşam saat 17 radələrində evə qayıdarkan Nərminə evdə olmamış, sonra həyətə qayıdarkan ona qarşı kobud sözlər demişdir. Nərminə mübahisəyə başlamış, mübahisə vaxtı "gör sənin başına nə oyun gətirəcəyəm” sözünü demiş, Nərminəni evdən qovarkən əlləri ilə saçından tutaraq sol qoluna cırmaq atmışdır, həmin vaxt Nərminənin saçından tutub dartmışdır. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, Şəxs onun qayınanasıdır, X4 həyat yoldaşıdır. Aqşin ilə 2025-ci ilin yanvar ayında ailə quraraq nikah bağlamışdır. Aqşinlə qayınanası Roza ilə əvvəllər münasibəti normal olmuş, aralarında heç bir münaqişə olmamışdır. Aqşinlə ailə qurandan sonra bir müddət Rusiya Federasiyasında yaşamış, lakin 2025-ci ilin mart ayında Rusiyadan evə qayıtmış, Aqşin isə orada qalmışdır. Bir neçə vaxtdır qayınanası ilə birgə qalmış, qayınanası son günlərda narahat etmiş, Aqşinə görə əhəmiyyət verməmişdir. Bəzi vaxtlarda Roza ilə H.Əliyev prospektindaki 118 nömrəli binadakı evində yaşamış, binada yaşadığı vaxtda qayınanası Roza onunla münaqişə yaratmışdır. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində evdən çıxmış qonşuya getrniş, təxminən 7-8 saat qonşuda qalmış, Aqşinlə telefonla danışaraq hadisəni Aqşinə danışmış, həmin günü saat 19 radələrində evə girən zaman Roza onu görmüş, üstünə hücum çəkmiş, evdən çıxartmaq istəyəndə saçından tutub sürümüşdür. Sifətinə şillə vuraraq qollarından xəsarət almış, Rozanı əlləri ilə itələmişdir. Hal-hazırda Şəxs ilə barışmır və ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 08 iyun 2025-ci il tarixli qərardan görünür ki, ərizə əsasında araşdırılmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində AR İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan onun barəsində inzibati tədbir görülməsi qərara alınmışdır; Məhkəmə iclasında tədqiq edilmiş materialda olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” Sabirabad Rayon Şöbəsinin canlı şəxsin ekspertizasının 02 iyun 2025-ci il tarixli, 221 saylı rəyindən görünür ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - boynun sol yan sathində, sağ körpücük sümüyü proyeksiyasında, döş sümüyünün əsas nahiyəsinda, sağ va sol saidin iç səthində çoxsaylı sıyrıqlar, sağ baldırın orta 1/3-də bayır səthdə, sol baldırın yuxarı 1/3-də ön səthdə qançırlar küt əşyanın/əşyaların/ təsirindan əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2025-ci il tarixə uyğun gəlir sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitda əmələ gələ bilərdi. Məhkəmə iclasında tədqiq edilmiş materialda olan Şəxs izahatından görünür ki, o, özünü təqsirli bilməyərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 21 radələrində binadakı evinə getmiş, Nərminə də onun arxasınca gəlmiş, Nərminədən arxasınca gəlməsinin səbəbini soruşmuş, təxminən 15 dəqiqə sonra M.İbrahimov küçəsindəki evinə qayıtmışdır. Mobil telefonunun format olunmasını və bütün nömrələrin silinməsini hiss etmiş, Nərmindən səbəbini soruşmuş, buna görə evin içərisində mübahisələri olmuş, Nərminənin əlindən mobil telefonu almışdır. 29.05. 2025-ci il tarixdə səhər saatlarında Nərminə evdan çıxıb hara getdiyini bilməmiş, axşam saat 17 radələrində evə qayıdarkan Nərminə evdə olmamış, sonra həyətə qayıdarkan ona qarşı kobud sözlər demişdir. Nərminə mübahisəyə başlamış, mübahisə vaxtı "gör sənin başına nə oyun gətirəcəyəm” sözünü demiş, Nərminəni evdən qovarkən əlləri ilə saçından tutaraq sol qoluna cırmaq atmışdır, həmin vaxt Nərminənin saçından tutub dartmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 14-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157 maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən Zərərçəkmiş şəxs döyülməsi və bununla da, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı zərərçəkmiş şəxsin izahatları, iş materiallarına əlavə edilmiş qüvvədə olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X2” Sabirabad Rayon Şöbəsinin canlı şəxsin ekspertizasının 02 iyun 2025-ci il tarixli, 221 saylı rəyi və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Məhkəmə iclasında Şəxs zərərçəkmiş şəxsi vurmadığını göstərsə də, onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan və yuxarıda sadalanan sübutların məcmusu ilə təkzib edilmişdir. Bununla yanaşı, Şəxs məhkəmə iclasında zərərçəkmiş şəxsi vurmadığını söyləməsinə baxmayaraq təhqiqat araşdırması zamanı zərərçəkmiş şəxsin saçından dartmasını etiraf etməsi özü də onun hazırda özünümüdafiə xarakterli izahat verməsinin göstəricisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs yaşının çox olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə AR İXM-nin 157-ci maddəsinə münasibətdə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 gün müddətində işə baxan Sabirabad Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Cavid Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar