Məhkəmə qərarları › İş №3(056)-1028/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1028/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1028/2025 19.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X4 oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs, Sabirabad rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx.xx.1990-cı ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1, N saylı hərbi hissədə qeydiyyatda olan və Sabirabad rayonunun Güdəcühür kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Sabirabad rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında protokola görə Şəxs Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-697/2023 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatı onunla əsaslandırmışdır ki, Füzuli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(064)-697/2023 saylı icra sənədi üzrə borclu Şəxs 5500 manat pul və 100 manat ödənilmiş dövlət rüsumu tutularaq X3 ödənilməlidir. Borclu Şəki şəhərində yerləşən hərbi hissədə qeydiyyatda olduğu üçün icra sənədi icra olunması üçün Şəki şəhəri İcra və Probasiya şöbəsinə göndərilmiş, borclunun yaşayış yeri barədə arayış əsasında icra sənədinin aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2025-ci il tarixində qərar qəbul edilərək icra sənədi icra olunması üçün Sabirabad rayon İcra və Probasiya şöbəsinə göndərilmiş və onun icraatına verilmişdir. İcra sənədi onun icraatına daxil olduqdan sonra borclu İcra şöbəsinə dəvət edilmiş, izahatı alınarkən borclu Müharibə iştirakçısı olduğunu, 80 manat təqaüd aldığını, borcu ödəməyə imkanı olmadığını bildirmişdir. Tələkbkar isə borcun ödənilməsində israrlı olduğu üçün o, müvafiq protokol tərtib edib baxılması üçün məhkəməyə təqdim etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, o, ödəməli olduğu borcunu ödəməkdən yayınmaq və icra məmurunun qanuni tələbi yerinə yetirməmək niyyətində deyildir. Belə ki, o, icra məmurunun qeyd etdiyi kimi Müharibə iştirakçısıdır və 80 manat təqaüd alır. Dövlət tərəfindən 3 ədəd medalla təltif olunmuşdur. Özü əlavə olaraq əkinçiliklə məşğul olur. Qazancı ailəsinin tələbatlarını qarşılamağa kifayət edir. Himayəsində bir azyaşlı övladı vardır. Qardaşı qazidir. Ailəvi olaraq maddi vəziyyətləri ağırdır. O, yaranmış borcundan hər ay hissə-hissə ödəməklə borcunu bağlaya bilər. Hazırda o, məhkəmədən ona köməklik edilməsini xahiş edir. Məhkəmə izahatı dinləyib, inzibati xəta haqqında MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini, ailə vəziyyətini və müharibə iştirakçısı olmasını İXM-nin 32-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində İXM-nin 33-cü maddəsində göstərilən məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tədbiq edərkən, Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə müvafiq olaraq xətanın xarakterini, törədilmə şəraitini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsi məqsədəmüvafiq deyildir. Belə ki, əgər o, inzibati qaydada həbs edilərsə təsərrüfatı nəzarətsiz qalacaqdır ki, bu fonda o, əldə edəcəyi gəlirdən məhrum olacaq, həmçinin gəlir əldə edə bilmədiyinə görə ailəsinin maddi durumu ağırlaşmaqla yanaşı, yaranmış borcunu ödəməkdə də çətinliklər yaranacaqdır. Odur ki, onun barəsində ona istinad olan maddənin sanksiyasında həddində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Cərimə məbləğinin həddi isə borclunun əmlak və ailə vəziyyəti nəzərə alınmaqla minimum həddə müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40,43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar