Məhkəmə qərarları › İş №3(056)-1031/2025

Sabirabad Rayon Məhkəməsi Qərardad — İş №3(056)-1031/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sabirabad rayon İş № 3(056)-1031/2025 19.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Mən Sabirabad Rayon Məhkəməsinin hakimi Allahverdiyev Səlim Məhərrəm oğlu, Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı mаteriаlı аrаşdırıb, M ü ə y y ə n e t d i m: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və və ona əlavə edilmiş sənədlər baxılması üçün Sabirabad Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) Sabirabad Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Hesab edirəm ki, inzibati xəta haqqında protokol (qərar) tərtib edilərkən Azərbaycan Respublikasının İXM-in müvafiq maddələrinin tələbləri pozulmuş, protokol natamam tərtib edilmişdir. Belə ki, araşdırma zamanı müəyyən edilməmişdir ki, inzibati xəta haqqında protokol Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsi ilə tərtib olunmuş olsa da, müşayiət məktubu həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə işə baxılması üçün göndərilmiş və materiala şəxsin həmin Məcəllənin 510 və 535.1-ci maddələri ilə tutulması barədə tutma protokolu tərtib edilmişdir. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikasının İXM-in tələbləri pozulmuşdur ki, bu hallar inzibati işin icraata qəbul edilməsini qeyri-mümkün edir. Belə olan halda hesab edirəm ki, Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında material onu tərtib etmiş оrqаnа qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-in 106-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Bundan başqa o da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və İXM-in 100, 101, 103, 106 və 109-cu mаddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ım: Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində Аzərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol onu tərtib etmiş оrqаnа qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar