Məhkəmə qərarları › İş №3(056)-1045/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №3(056)-1045/2023

04.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 3(056)-1045/2023 04.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Sabirabad RPŞ-nin X1 polis sahə inspektoru, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1968-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, Sabirabad rayonunun Ulacalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair Sabirabad Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Sabirabad Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Sabirabad Rayon Məhkəməsinə Sabirabad Rayon Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 04 avqust 2023-cü il tarixli, MN1854409 nömrəli protokol məhkəməyə daxil olmuşdur. Daxil olmuş protokoldan görünür ki, Şəxs 03 avqust 2023-cü il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək özünü təqsirli bilməyərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu, Ulacalı kənd ərazisində Rəşid Məlkova məxsus «X-Trail» markalı **-HR-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən X7rı saxlatdırmışdır. X8 DYP maşınına dəvət etmişdir. Onlar söhbət edən zaman o, da nə baş verdiyini, onları niyə saxladığını soruşmuşdur. Onda ona aidiyyəti olmadığını, sürücü ilə danışdıqlarını bildirmişdir. Polis əməkdaşı maşından düşməsini DYP maşınına oturmasını bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da oturub birlikdə polis şöbəsinə gəlmişlər. Əsəbləşdiyi üçün ucadan nalayiq ifadələr işlətmişdir. Belə ki, həmin gün o bir qədər əsəbi və gərgin olmuş, buna görə dostu Rəşidə birgə çay içməyə getmələrini təklif etmişdir. Onlar çay içməyə gedəndə bu hadisə baş vermişdir. Gərgin olmasının səbəbi arvadında olan xərçəng xəstəliyi, bu xəstəliklə əlaqədar maddi sıxıntılar yaşaması olmuşdur. Hadisə də bu gərginliyi fonunda baş vermişdir. Hazırda nalayiq ifadələrə yol verdiyinə görə əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir. Polis əməkdaşlarından üzr də istəmişdir. Göstərdiklərinə əsasən o, məhkəmədən yaşının da nəzərə alınaraq barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, «X-Trail» markalı **-HR-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. Şəxs xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu, Ulacalı kənd ərazisində onun razılığı ilə ona məxsus «X-Trail» markalı **- HR-*** dövlət nömrə nişanlı avtomobili idarə edərkən X11 Şöbəsinin əməkdaşları onları saxlatdırmışlar. Qabil də səbəbini soruşduqda aralarında mübahisə yaranmışdır. Bu səbəbdən də Qabili polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə dəvət etdikdən sonra Qabil onlara hər hansı etirazını bildirməyib polis avtomobilinə əyləşib Polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, 2007-ci ildən DlO-da 2014-ci ildən tutduğu vəzifədə xidmətdədir. xx.xx.2023-cü il tarixdə Kia Sportage markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda polis baş serjantı X2 ilə birlikdə Sabirabad rayon Ulacalı kənd yolunda xidmətdə olan zaman Nissan X-Trail markalı **-HR-*** dövlət qeydiyyat nişanlı avtomobilin uzaq vuran işıqdan istifadə etdiyi üçün tərəflərindən saxla işarəsi verilmişdir. Sürücü avtomobili saxlamışdır. O, ona qayda pozuntusunu izah edən zaman həmin avtomobildə olan sərnişin onlara qışqıraraq nalayiq küçə söyüşləri söyməyə başlamış və onları təhqir etmişdir. Onlar onu dəfələrlə nizam intizama dəvət etsələr də, o, polisin qanuni tələbinə qəsdən tabe olmadan öz qərəzli hərəkətlərini davam etdirərək, ünvanlı ünvansız nalayiq küçə söyüşləri işlətdiyi üçün RPŞ-nə gətirmişlər. Məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, hazırki barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində ictimai qaydanı pozan hərəkətlər etməsi faktı öz təsdiqini tapsa da, onun əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsi ilə ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, həmin Məcəllənin 535.1-ci maddəsi ilə isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsulliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai yerdə nalayiq ifadələr işlətmişdir. Bu faktı o, məhkəmə iclasında vermiş olduğu izahatında da etiraf etmişdir. Bununla da o, Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Lakin məhkəmə araşdırmasının nəticəsi olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində ictimai qaydanı mühafizə vəzifəsini icra edən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması faktı sübuta yetirilməmiş, Şəxs İXM-nin 535.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş ictimai qaydanı mühafizə edən polis əməkdaşının qanuni tələbininə qəsdən tabe olmamasının nədən ibarət olması və bu faktın mövcudluğu öz təsdiqini tapmamışdır. Belə ki, Şəxs polis şöbəsinə dəvət etmiş yuxarıda adı çəkilmiş və ifadəsi alınmış polis əməkdaşlarından biri də vermiş olduğu ifadəsində Qabilin könüllü olaraq onların idarə etdiyi avtomobilə əyləşib polis şöbəsinə gəlməsini bildirmişdir. Qeyd edilməlidir ki, inzibati xətanın tərkibi hüquqla müəyyən edilmiş inzibati xətanın obyektindən, obyektiv cəhətindən, subyektindən və subyektiv cəhətindən ibarət elemetlər məcmusudur. İnzibati xətanın obyektiv cəhəti törədilən (törətdilmiş) inzibati xətanın xarici görünüşü və ya inzibati hüquq normaları ilə nəzərdə tutulan və inzibati xətanın xarici görünüşünü xarakterizə edən elementlər sistemidir. Bu elementlərin hər hansı birinin olmaması inzibati xətanın mövcudluğunu istisna edir. Şəxs istinad olunan İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta subyektiv cəhətdən düzünə qəsdlə, obyektiv cəhətdən fəal hərəkətlərdə ifadə olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8.1, 8.2 və 8.3-cü maddələrinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcələnin 53.1.1 və 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və inzibati xəta tərkibi olmadıqda olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən normaların tələbləri baxımdan məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi üzrə Şəxs əməlində nə inzibati xəta hadisəsi, nə də inzibati xəta tərkibi mövcud deyildir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 535.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Şəxs əməli İXM-nin 510-cu maddəsi ilə barəsində başlanmış icraata münasibətdə nəzərə alınmalı və qiymətləndirilməlidir. Məhkəmə, Şəxs ilk dəfə inzibati xəta törətməsini və nalayiq ifadələr işlətdiyinə görə əməlindən peşman olmasını, polis əməkdaşlarından üzrxahlıq etməsini və ailə vəziyyətini Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 33-cü maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbehin məqsədlərindən bəhs edən Azərbaycan Respublikasının İXM-nin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri deyil, inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Bu qənaətin əsasını isə yuxarıda qeyd edilmiş və cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmış xüsusatlar təşkil etməlidir. Şəxs barəsində inzibati qaydada cərimə növündə tənbeh tədbiri tətbiq edilərkən isə cərimənin miqdarı müəyyən edilərkən yuxarıda qeyd edilmiş hallar təkrar nəzərə alınmalıdır. Bundan əlavə o da qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 03 avqust 2023-cü il tarixdə tutulmuş, işə baxıldığı zamanadək isə azad edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs cərimə növündə tənbeh tədbiri tətbiq edilərkən onun təxminən 1 (bir) gün müddətində inzibati qaydada həbsdə saxlanıldığı zaman nəzərə alınmalı, ona təyin edilmiş cərimə tənbehindən inzibati həbsdə saxlanıldığı müddət kompensasiya edilməklə 20 manat məbləğində azaldılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 12, 32, 33, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci il maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib barəsində 100 (bir yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs inzibati qaydada həbsdə saxladıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 80 (səksən) manat məbləğində cərimə tənbehi saxlanılsın. Qərarın icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sabirabad rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar